Icma.az
close
up
RU
ABŞ ın 12 ştatına qızılca epidemiyası yayılıb, 222 yoluxma halı qeydə alınıb

ABŞ ın 12 ştatına qızılca epidemiyası yayılıb, 222 yoluxma halı qeydə alınıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Xüsusilə ABŞ-ın Texas və Nyu-Meksiko ştatlarında təsirli olan qızılca xəstəliyinin son həftələrdə artaraq 12 ştata yayıldığı, ölkə daxilində aşkar edilən ümumi yoluxma sayının 222-yə çatdığı bildirilib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ölkədəki qızılca epidemiyası ilə bağlı ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlama verib.

CDC-nin rəsmi saytında edilən açıqlamada, ölkə daxilində əksəriyyəti uşaq olmaqla cəmi 222 hadisənin aşkar edildiyi, qızılcaya Texas və Nyu Meksiko ştatlarında, həmçinin Alyaska, Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu Cersi, Nyu York, Pensilvaniya, Rhode Island və Vaşinqtonda da rast gəlindiyi qeyd edilib.

Martın 7-nə olan məlumata görə, Texas 198 qızılca hadisəsi ilə 12 ştata liderlik edir, Nyu Meksiko isə 10 nəfərlə ikincidir.

Açıqlamada Texasda bir uşaq və Nyu Meksikoda bir yetkin qızılcadan öldüyü qeyd edilərək, epidemiyanın yayılmağa davam etdiyi və yaxın günlərdə yoluxma sayının arta biləcəyi xəbərdarlığı edilib. Ölkədə yaz-yay səyahət mövsümünün yaxınlaşdığına diqqət çəkilərək, peyvənd vasitəsilə qızılca xəstəliyinin yayılmasının qarşısının alınmasında səhiyyə işçilərinin oynadığı mühüm rola diqqət çəkilib.

ABŞ Səhiyyə Naziri Robert Kennedi prezident Donald Trampın keçirdiyi kabinet iclasında ölkədə yenidən tüğyan edən qızılca epidemiyası ilə bağlı vəzifəyə gəldikdən sonra ilk açıqlamasını verib. Kennedi Texasda qızılcaya qarşı peyvənd olunmayan uşağın ölümü ilə bağlı suala belə cavab verib: “Bu, qeyri-adi vəziyyət deyil, bizdə hər il qızılca epidemiyası baş verir”.

Ölkədə 2000-ci ildən bəri müşahidə olunmayan qızılcadan bir uşağın ölümünü "normal" kimi qiymətləndirən nazir Kennedi epidemiyanı "kiçik" göstərməyə çalışdığı üçün tənqid edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri