Icma.az
close
up
RU
Kanadadan Bakıya həyasız tələb ABŞ ın 51 ci ştatına çevrilsəydi...

Kanadadan Bakıya həyasız tələb ABŞ ın 51 ci ştatına çevrilsəydi...

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınmasının əsas səbəbi məlum – xarici havadarlar. Kapitulyant ölkəni sürətlə silahlandırmaqda tək hədəf ermənilərin “miatsum” virusundan qurtulmasını əngəlləmək, bu toplumda revanşist ovqatı zəifləməyə qoymamaq, iki qonşu xalqın barışığına imkan verməməkdir.

Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra ABŞ başda olmaqla, Qərb dövlətlərinin heç biri, həmçinin Rusiya Ermənistanı öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları bağlı müddəaları çıxarmağa çağırış etməyib. Yalnız ümumi, ilk baxışda qulağa xoş gələn bəyanat və açıqlamalar səsləndiriiib.

Halbuki söhbət Azərbaycan ərazilərinin altını üstünə çevirmiş, xalqımıza qarşı etnik təmizləmələr, soyqırımları, digər bəşəri cinayətlər törətmiş və öz layiqli cəzasını almış, eyni zamanda, faşizmin hələ də güclü olduğu təcavüzkar dövlətdən gedir. Təəssüf ki, nasist Almaniyasına münasibətin eynisini Ermənistana münasibətdə görmürük.

Tam əksinə. Üstəlik, Bakıda məhkəməsi gedən və cinayətləri şəkk-şübhə doğurmayan erməniləri utanmazcasına “əsir”, “siyasi məhbus” adlandırıb onları dərhal buraxmağı tələb edirlər. Bu da növbəti nümunə.

Kanadanın xarici işlər naziri Melani Coli “Bakıdakı erməni əsirlərin azad edilməsinə” çağırış edib. O, “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə” (görəsən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalı deyil?! - red.), “erməni mülki əhalinin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasına” da çağırıb. Ardınca Qarabağda mifik “erməni mədəni irsinin qorunmasının vacibliyini” qeyd edib.

Bundan əlavə, M.Coli elementar siyasi etiketi gözləmədən “artsax problemi”nin ATƏT-in üzdəniraq Minsk Qrupu prosesi çərçivəsində, “Helsinki Yekun Aktının prinsiplərinə uyğun surətdə” və çoxdan arxivə verilmiş “üç prinsip əsasında - güc tətbiqini istisna etmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həlli”nə çağırış edib.

Bəs Bakının mərkəzində tayqulaq Andronikə, faşist Njdeyə abidə qoyulmasını istəmirsiniz?..

Ermənidən çox erməni olmaq istəyən xanım Joli, əvvəla, öz dərdinizi çəkin ki, bir azdan Kanada öz müqəddəratını təyin eləmək zorunda qala, müstəqilliyinizi itirib ABŞ-ın 51-ci ştatına çevrilə bilərsiniz. Bir yandan yaxşı da olar. Azərbaycanın düşmənlərinin sayı bir ədəd azalar...

İşin başqa absurd tərəfi odur ki, bu yaxınlarda baş nazir Nikol Paşinyan rəsmi İrəvanın Minsk Qrupunun ləğvinə razı olduğunu bildirib. Kanada XIN başçısı isə ya dəvəquşu kimi başını kola soxub elə bilir gizlənib, ya da ölkənin baş diplomatı sayılan bu xanımın dünyadan, bölgədən xəbəri yoxdur.

Doğrudan da bəlkə elə ən yaxşısı, Kanadanın ABŞ 51-ci ştatına çevrilməsidir...

Bu ölkənin hansı qərəz yiyəsi olduğunu biz hələ 44 günlük Vətən müharibəsi zamanı görmüşük. O vaxt Kanada Azərbaycanı “artsax”a qarşı “təcavüz”də ittiham edərək, “Bayraktar TB 12” PUA-ları üçün Türkiyəyə komponentlər tədarükünü dayandırmışdı. Hazırda isə Avropa İttifaqının (Aİ) üzvü olmaya-olmaya Ermənistanla sərhəddə Aİ-nin missiyasının tərkibində ölkəmizə qarşı casus fəaliyyəti göstərən ölkələrin sırasında yer alır...

Amma təməl insan haqlarından, ədalətdən dəm vuran yüksək çinli Kanada rəsmisi və onun bir sıra qərbli həmkarları öz yurd yerlərindən vəhşicəsinə qovulmuş Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüququndan kəlmə də kəsmirlər. Əlbəttə, səbəb həm də xristian amili, türkofobiya, islamofobiyadır...

Analitik xidmət,
/Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri