Icma.az
close
up
RU
Monqolustanda qızılca epidemiyası: Minlərlə yoluxma, ilk ölüm halı

Monqolustanda qızılca epidemiyası: Minlərlə yoluxma, ilk ölüm halı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Monqolustanda qızılcaya yoluxma hallarında kəskin artım müşahidə olunur. Yoluxanların sayı minlərlədir, bu da xüsusilə uşaqları ilə birlikdə təcili yardım üçün müraciət edən vətəndaşlar arasında sıxlıq və növbələrin yaranmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Monqolustanın Yoluxucu Xəstəliklər üzrə Milli Mərkəzinin Mətbuat Xidməti yayıb.

Bildirilir ki, qızılca epidemiyası o həddə çatıb ki, mərkəz artıq vətəndaş axını ilə bacara bilmir.

"Uşaqları ilə birlikdə təcili yardım gözləyən ailələr uzun növbələrdə gözləməli olurlar. Əgər 26 may tarixində laboratoriya tərəfindən təsdiqlənmiş 3.3 min yoluxma qeydə alınmışdısa, 29 may tarixinə bu rəqəm dörd minə yaxınlaşıb", - deyə Mərkəzin açıqlamasında bildirilir.

Hazırda xəstələrlə təmasda olmuş 44 min 774 nəfər həkim nəzarətində saxlanılır. Ən çox yoluxma halları məktəblərdə qeydə alınır. Bəzi siniflərdə iki uşaqdan biri qızılcaya yoluxub. Yoluxanların təxminən 40 faizi 10-14 yaş arası uşaqlardır, daha 22 faizi isə 4 yaşadək körpələrdir.

Monqolustanda ilk beş yoluxma 2025-ci ilin fevral ayının sonunda xarici aviareyslərlə ölkəyə daxil olan şəxslərdə aşkar edilib. İlk ölüm halı 13 may tarixində qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2016-cı ildə Monqolustanı qızılcanın ləğv edildiyi ölkə kimi tanımışdı. Lakin sonuncu böyük yoluxma dalğası 2019-cu ilin mart ayında uşaqlar arasında qeydə alınmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri