Icma.az
close
up
RU
ABŞ ın “ikili şantaj” stategiyası

ABŞ ın “ikili şantaj” stategiyası

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 9-cu, ABŞ seçkilərindən bir neçə gün sonra mətbuta verdiyim açıqlamadan sitat: “Ən keçərli planlardan biri ikili şantajdır. Bu Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur. Yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək deməkdir. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər”. (link şərhlərdə)

ABŞ-da, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma, başqa yol da yoxdur. Çünki, baş verənlər Dünyanın gələcəyinə, o cümlədən, bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək.

Problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-a möhtacdır, yox, bu məsələni sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir.

Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil də, Avropalı dostlarının qurbanı oldu.

Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir, 4 illik dözə bilərlər, amma Respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyət Münhendə Avropa elitasının üzünə tüpürən James Vance keçsə, bu artıq Avropanin indiki elitası üçün dəhşət olacaq. Çünki, uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər, Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənirlər.

Münhendə ABŞ-ın Avropaya qarşı tutumu, soradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi, onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər. Üzücü mənzərədir.

İndi Putin, “mən danışmağa, anlaşmağa, hətta güzətlərə razıyam”, deyir, Trampa, “görürsən, problem Ukraynada, Avropadadır”, söyləyir. Deməli “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür – Moskvanın istədiyi də bu idi. Əgər Zelenski ABŞ-la anlaşsaydı, Avropanın gedər ayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi. Amma, hələ də gec deyil, hələ də vəziyyəti düzəltmək olar.

Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dır, Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır.

Avropa “siyasi impotetdir”, birləşə, birgə siyasət yürüdə bilmir, Putinin güclənməsinə, harınlamasına səbəb olan da onlardır.

Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İmperator Napolion Avropanı birləşdirdi, Rusiyaya doğru yürüdü, Moskvanı da aldı və yandırdı, amma sonra məğlub oldu. Ruslar Parisə qədər gəldilər, Avropada gücləndilər. Sonra Hitler eyni şeyi etdi, yenə məğlub oldu, Rus İmperiyasının adı dəyişən, məğzi dəyişməyən SSRİ adlı yeni formatı yenə gücləndi, Avropanın yarısına sahib oldu. Səbəbi çox sadədir – zalım uşaqları ölməyə-öldürməyə hazırdırlar, toplum olaraq o kafanın sahibidirlər.

Amma, hər Avropa nə vaxt Rusiyanın üzərinə gedibsə, bundan yenə ABŞ qazanıb. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, ölməyə hazırdırmı?! Məncə yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtidsadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaq dərdindədirlər. Ağılları olsaydı Türkiyəni 30 il AB qapısında saxlamazdılar, bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi – çünki, Avropa coğrafiyasında Dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir.

Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşma ortaya qoyur, Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.

Bu gün Lodonda Ukrayna üçün toplandığı görünən Avropa, əslində özü üçün, öz problemlərini həll etmək üçün toplanıblar. Ciddi qərarlar çıxacağını, birləşib Rusiyanın üzərinə yürüyəcəklərini düşünmürəm, amma, möcüzə baş versə, elə qərar çıxsa belə, yenə udan ABŞ olacaq – kənarda gözləyib həm Rusiya, həm də Avropa ilə alverini edəcək (1933-1943-cü illər arası olduğu kimi), sonra qan və güc itirən Avropa və Rusiyaya öz maraqlarını diktə edib “ağ köynəkli” lider, “ağsaqqal” olub yenə ən karlı çıxan ölkə olacaq.

Anlayın ki, ABŞ siyasəti fərdlər deyil, Tramp deyil, o şəxs deyil, funksiyadır, illərlə hazırlanan planları həyata keçirən funksiya. Belə…

Natiq Cəfərli

REAL Partiyasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri