Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb?
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə peşə təhsili sistemində bir sıra problemlərin olduğu ilə bağlı iddialar yayılıb. Xüsusilə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirildiyi, namizədlərin seçim prosesindən narazı qaldığı bildirilir.
İddialara görə, işə qəbul prosesindəki problemlər nəticəsində yüzlərlə vakant ştat boş qalıb. Bunun isə tələbələrin tədris prosesinə mənfi təsir göstərdiyi qeyd olunur. Hətta bəzi peşə təhsili müəssisələrində müəllim çatışmazlığı səbəbindən bir neçə qrupun eyni sinifdə birləşdirildiyi iddia edilir.
Narazılıq doğuran digər məsələ isə əməkhaqlarının və tələbə təqaüdlərinin gecikməsidir. Bildirilir ki, müəllimlər, istehsalat təlimi ustaları və texniki işçilər sentyabr ayı üzrə əməkhaqlarını vaxtında ala bilməyiblər.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu və yerdəyişməsi müvafiq qaydalara uyğun həyata keçirilir.
Agentliyin açıqlamasında qeyd olunub ki, prosesin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə işə qəbul mərhələsi təsdiq edilmiş qaydalara uyğun təşkil edilir. Müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə imtahan və müsahibələrin qeyri-şəffaf keçirilməsi ilə bağlı daxil olan müraciət və şikayətlər aidiyyəti üzrə araşdırılır və onlara qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır.
Konkret iddialarla bağlı araşdırmaların aparılıb-aparılmadığı və onların nəticələri barədə məlumatın müvafiq araşdırma materialları və rəsmi məlumatlar əsasında təqdim edilə biləcəyi bildirilib.
Agentlikdən, həmçinin, qeyd olunub ki, müəllim vakansiyalarının əksəriyyəti tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə həmin müəssisələrdə çalışan, təhsili və ya əmək stajı müvafiq vakansiyanın tələblərinə uyğun olan müəllim və istehsalat təlimi ustalarına həvalə edilməklə doldurulur.
Vurğulanıb ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, hər yeni tədris ilinin əvvəlində yeni müəllim və usta heyəti, eləcə də şəbəkə məlumatları əsasında əməkhaqlarının müəyyənləşdirilməsi üçün yeni tarifləşmə və dərs cədvəlləri hazırlanır.
Agentliyin məlumatına görə, bu il də müvafiq proses çərçivəsində az sayda peşə təhsili müəssisəsində yalnız yeni işə qəbul olunmuş müəllim və ustaların sentyabr ayının son 15 günü üçün hesablanmış əməkhaqlarının ödənilməsində müəyyən edilmiş qrafikdən kənarlaşma yaranıb.
Bildirilib ki, həmin əməkdaşlara ödəniş məsələsinin oktyabrın 23-dək həll olunması nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Oktyabr 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















