Icma.az
close
up
RU
ABŞ ın iqtisadi maraqlar prizmasından Cənubi Qafqazda sülh istəyi

ABŞ ın iqtisadi maraqlar prizmasından Cənubi Qafqazda sülh istəyi

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


“Dünyada və yerləşdiyimiz coğrafiyada yaranmış yeni geosiyasi reallıqlar fonunda Birləşmiş Ştatlar da Cənubi Qafqazda tezliklə sülhün əldə edilməsinin tərəfdarı kimi görünür. Bunu 28 may-Müstəqillik Günü münasibətilə Birləşmiş Ştatların prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevə ünvanladığı təbrik məktubunun mətnindən də aydın görmək mümkündür. Ağ Ev rəhbərinin təbrik məktubunda da qeyd edildiyi kimi ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Tramp da artıq o qənaətdədir ki, davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Tramp bu dəfəki prezidentlik dövründə Amerika iqtisadiyyatını daha da inkişaf etdirməklə yanaşı, həm də sülh carçısı, ayrı-ayrı bölgələrdə mövcud olan münaqişələrin həlli tərəfdarı kimi prioritet vəzifə seçib:
“Tramp bu dəfəki prezidentlik dövrünü Nobel sülh mükafatını qazanmaqla başa vurmaq istəyir. Ona görə də Ağ Evdə vəzifəsinin icrasına başlayan gündən etibarən Rusiya-Ukrayna müharibəsinin həlli təşəbbüsü ilə çıxış etdi. Düzdür, hələlik ortada real bir nəticə olmasa da, ancaq bütün halda bu addımın özü müsbət tendensiyadır. İndi də Trampın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyini qeyd etməsi dediyimiz fikirləri təsdiqləyir”.
Arzuman Muradlı onu da deyib ki, Cənubi Qafqazda sülhün əldə edilməsi Vaşinqtonun iqtisadi maraqlarının təmin olunması baxımından da əhəmiyyətlidir:
“Çünki təkcə regionun, yerləşdiyimiz coğrafiyanın deyil, eyni zamanda yaxın ölkələr və coğrafiyaların nəqliyyat-logisitika əlaqələrinə müsbət təsir göstərəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi Amerikanın da iqtisadi maraqlarının təmin olunmasına, mal və məhsullarının daha asan və səmərəli yolla daşınmasına imkan yarada bilər. Bildiyimiz kimi Birləşmiş Ştatlar Orta Dəhlizin daha da inkişaf etdirilməsində maraqlıdır. Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm stansiyalarından biri olduğunu nəzərə aldıqda, Birləşmiş Ştatların bu məsələdə hansı dərəcədə maraqlı olduğu aydın görünür. Məlumat üçün qeyd edək ki, Çindən başlanan Orta Dəhliz marşurutunun məhz Zəngəzur dəhlizi boyunca davam etməsi, Avropaya uzanması ən rentabelli və gəlirli marşurut sayılır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ABŞ-ın bu məsələdəki mövqeyi qarşıdakı perspektiv üçün mühüm imkanlar yaradır. Çünki Orta dəhliz layihəsi qarşıdakı zaman kəsiyində dünyanın ən işlək iqtisadi damarı rolunu oynayacaq. Bütün bunları nəzərə aldıqda Birləşmiş Ştatların Cənubi Qafqazda nədən sülhün daha tez əldı edilməsinə tərəfdar olduğunun səbəbləri ortaya çıxır”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri