ABŞ ın İrana zərbələrinin ardından Aİ də yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Praqa, 23 iyun, AZƏRTAC
ABŞ-ın İranın nüvə obyektlərini bombalaması Avropa İttifaqında yanacağın qiymətinin kəskin artmasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bəzi analitiklərin hesablamalarına görə, hazırda yanacaqdoldurma məntəqələrində bir litri 1,23 avro olan benzinin qiyməti 1,59 avronu keçə bilər.
ABŞ-ın müdaxiləsi neft bazarlarının reaksiya göstərəcəyi Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi riskini xeyli artırır. Belə ki, yaxın günlərdə yanacağın qiyməti bir litr üçün bir neçə avro-sent artacaq və ekstremal hallarda hətta 1,6 avronu keçə bilər. Üstəlik, qiymət artımının gözlənildiyindən daha uzun sürəcəyi ehtimalı var. Media bu barədə sorğuda iştirak edən ekspertlərin rəyinə istinadla yazır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















