Icma.az
close
up
RU
ABŞ ın “Plug and play” şirkəti ölkəmizlə əməkdaşlığı genişləndirir

ABŞ ın “Plug and play” şirkəti ölkəmizlə əməkdaşlığı genişləndirir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda dövlət müəssisələrinin qarşılaşdığı real problemlərin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması istiqamətində yeni mərhələyə qədəm qoyulur. Bu prosesdə ABŞ-nin aparıcı innovasiya platformalarından biri olan “Plug and play” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Hazırda “Plug and play”in Azərbaycandakı mövcudluğunun genişləndirilməsi məsələsi müzakirə olunur. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən “Plug and play × IDDA – Industry Challenges” tədbirində məlumat verib. Onun sözlərinə görə, İRİA ilə “Plug and play” arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Go” proqramı artıq ilk nəticələrini verib. Proqram çərçivəsində bu ilin əvvəlində 6 yerli startap Silikon Vadisinə aparılıb və onların “Plug and play”in tərəfdaşları və digər maraqlı tərəflərlə görüşləri təşkil edilib.

Fərid Osmanov bildirib ki, əldə olunan nəticələr əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas yaradır. Hazırda “Plug and play”in Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılır. Məqsəd ölkədə innovasiya ekosisteminin inkişafına daha geniş imkan yaratmaq və beynəlxalq tərəfdaşlığın yeni istiqamətlərini formalaşdırmaqdır.

“Plug and play”in regional direktoru Alfredo Soria isə şirkətin qlobal fəaliyyətinin miqyası barədə məlumat verib. Onun sözlərinə görə, şirkət indiyədək dünya üzrə 2 min 200-dən çox startapa akselerasiya dəstəyi göstərib. Bu startaplardan 784-ü Asiya, 574-ü EMEA – Avropa, Yaxın Şərq və Afrika regionunun, 861-i isə Amerika qitəsinin payına düşür. A.Soria qeyd edib ki, “Plug and play”in fəaliyyətində akselerasiya proqramları mühüm yer tutur. Şirkətin əsas məqsədi startapları mentorluq və istiqamətləndirmə, biznes imkanları, eləcə də investisiya cəlb etmək üçün lazımi imkanlarla təmin etməkdir.

Regional direktorun sözlərinə görə, şirkətin əsas fəaliyyət istiqamətlərindən biri də startaplarla korporasiyalar arasında əməkdaşlığın qurulması və açıq innovasiya modelinin tətbiqidir. “Plug and play” hazırda qlobal miqyasda 550-dən çox tərəfdaşla əməkdaşlıq edir və korporasiyalara xarici innovasiya imkanlarından yararlanaraq uyğun texnologiya və həlləri öz fəaliyyətlərinə inteqrasiya etməyə kömək göstərir.

Şirkət hazırda 25-dən çox sahə üzrə fəaliyyət göstərir və 62 məkanda təmsil olunur. A.Sorianın sözlərinə görə, “Plug and play” orta hesabla hər gün bir startapa investisiya yatırır. Bu isə il ərzində 250-dən çox startapa investisiya deməkdir. Şirkət yalnız ötən il 8 yeni bazara daxil olub və qlobal miqyasda 1 300-dən çox tədbir təşkil edib. Bu tədbirlər sırasında dəyirmi masalar, xüsusi sessiyalar, demo günləri, sərgilər və digər innovasiya formatları yer alır.

Azərbaycan üçün əməkdaşlığın mühüm istiqamətlərindən biri isə innovativ həllərin dövlət müəssisələrinin real əməliyyat problemlərinə tətbiqidir. İlkin mərhələdə “Bakı Metropoliteni” QSC və “Azərbaycan Dəmir Yolları” QSC-də mövcud olan əməliyyat çətinliklərinin müəyyənləşdirilməsi və onların həlli üçün startapların cəlb olunması nəzərdə tutulur.

İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib ki, tədbirin əsas məqsədi innovasiya fəaliyyətlərinin dövlət qurumlarında və dövlət şirkətlərində tətbiqini təşviq etməkdir. Onun sözlərinə görə, “Bakı Metropoliteni” və ADY ilə birgə onların real əməliyyat çətinlikləri müəyyən ediləcək. Daha sonra həmin problemlərə uyğun olaraq startaplar və böyük texnologiya şirkətləri həll prosesinə cəlb olunacaq. O qeyd edib ki, bu cür vörkşopların əsas məqsədi innovasiyanın yalnız müzakirə səviyyəsində qalmasının qarşısını almaq və innovativ həllərin konkret problemlərin aradan qaldırılmasına yönəldilməsidir.

İRİA-nın departament müdiri əlavə edib: “Plug and play” korporativ innovasiyalar sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Tədbirin ilkin mərhələsində “Bakı Metropoliteni” və ADY-nin sahə üzrə ekspertləri və əməkdaşları prosesə cəlb olunublar. Əsas məqsədimiz onların əməliyyat çətinliklərini müəyyənləşdirmək və həmin problemlərə innovativ layihələr və startaplar vasitəsilə həll tapmaqdır. Bu gün və sabah keçiriləcək tədbirlər çərçivəsində həmin çətinlikləri müəyyən edəcəyik. Bundan sonra problemlərə uyğun startapların cəlb olunması nəzərdə tutulur”.

“Plug and play” ilə əməkdaşlıq Azərbaycanda innovasiya ekosisteminin inkişafı ilə yanaşı, dövlət sektorunda açıq innovasiya modelinin praktiki tətbiqinə də imkan yaradır. Bir tərəfdən yerli startapların beynəlxalq şəbəkəyə çıxışı genişlənir, digər tərəfdən isə dövlət müəssisələrinin qarşılaşdığı konkret problemlərin texnologiya vasitəsilə həlli üçün yeni mexanizm formalaşır.

Qeyd edək ki, “Plug and play × IDDA – Industry Challenges” tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Plug and Play” şirkətinin birgə təşkilatçılığı, “AZCON Holding”in portfel şirkətlərinin iştirakı ilə keçirilir. Tədbirin əsas məqsədi Azərbaycanın aparıcı nəqliyyat və infrastruktur qurumlarının qarşılaşdığı çağırışların innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanlarını müzakirə etmək və innovasiya üzrə yol xəritələrinin formalaşdırılmasıdır.

B.MUSA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri