Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

BMT nin ölkəmizlə dayanıqlı inkişaf üzrə əməkdaşlığı

BMT nin ölkəmizlə dayanıqlı inkişaf üzrə əməkdaşlığı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

50-dən çox sənəd beynəlxalq hədəflərə uyğunlaşdırılıb

Dünən Bakıda BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Sə­viyyəli Strateji Prioritetləşdirmə” mövzusunda seminar keçirilib. Toplan­tıda ölkəmizin dayanıqlı inkişaf üzrə qarşıdakı 5 ilin prioritetləri təqdim olunub, BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədinin yekun qiymətləndi­rilməsi üzrə əsas nəticələr və tövsiyələr müzakirə edilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında bildirib ki, son illərdə Azərbaycan BMT ilə birlikdə 142 milyon ABŞ dolları həcmində layihələr icra edib. Azərbaycanın dayanıqlı inkişafı dövlət si­yasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdiyini xatırladan nazir müavini deyib ki, ölkəmiz BMT-nin Dayanıqlı İnki­şaf Məqsədlərini (DİM) qəbul edərək on­ları dövlət strategiyalarına inteqrasiya edib. Qeyd olunub ki, ötən müddətdə 50-dən çox dövlət proqramı və strategiya DİM-lər­lə uyğunlaşdırılıb, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 

Bu yaxınlarda icrası başa çatan 2021-2025-ci illər üçün Çərçivə Sənədinin ink­lüziv artım, güclü institutlar, ətraf mühitin qorunması və gender bərabərliyi kimi 4 əsas prioriteti əhatə etdiyini xatırladan S.Bəşirli bildirib ki, Azəbaycan BMT ilə Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair yeni sənəd­də 5 əsas istiqaməti təlklif edib: “COP29 zamanı elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı in­kişaf layihələri, 18-ci DİM-in sənədə daxil edilməsi və mina təhlükəsizliyinin güclən­dirilməsi, iqtisadi diversifikasiya, ixracın artırılması və innovasiya təşəbbüslərinin ge­nişləndirilməsi və dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əmək­daşlığın gücləndirilməsini təklif edirik”. 

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edərək bildirib ki, Azərbay­can qarşıdakı illər üçün müəyyənləşdirilə­cək hədəflərin uğurla həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə və hərtərəfli dəstək göstərməyə hazırdır. O, yeni çərçivə sənədinin həm mövcud re­allıqları, həm son 5 il ərzində Azərbayca­nın əldə etdiyi inkişaf göstəricilərini, onun hazırkı beynəlxalq mövqeyini, həm də dövlətin və hökumətin gözləntilərini əhatə edəcək şəkildə hazırlanacağına ümidvar olduğunu bildirib. Nazir müavini BMT-nin Azərbaycanda “yaşıl iqtisadiyyat”ın geniş­ləndirilməsi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində konkret nəticələrə nail olmağı hədəflədiyini bildirib. 

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək bildirib ki, Azərbaycan humanitar və inkişaf yardımını, o cümlədən BMT-nin İnkişaf Proqramı vasitəsilə digər ölkələrə göstərdiyi dəstəyi getdikcə artırır. O, Azər­baycanın çoxtərəfli əməkdaşlığa güclü sadiqliyini vurğulayaraq deyib: “Son illər ərzində biz Azərbaycanın təkcə milli deyil, həm də regional və qlobal səviyyədə lider­lik rolunu gücləndirdiyinin şahidi olmuşuq. Ölkə COP29 konfransının sədri kimi iqlim böhranının həlli də daxil olmaqla, bir sıra çoxtərəfli məsələlərdə mühüm təşəbbüslər irəli sürür”.

Azərbaycan və BMT arasındakı tərəf­daşlığın son üç onillikdə inkişaf etdiyini və gələcəkdə də dəyişməyə davam edəcə­yini vurğulayan BMT rəsmisinin sözlərinə görə, hazırda bu əməkdaşlıq zəif tərəflərin azaldılması və dayanıqlılığın artırılması, daha güclü institutların qurulması, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə, qadınların səlahiyyətlərinin ar­tırılması ilə inklüziv inkişafın təşviqi kimi dörd əsas istiqamətə fokuslanır.

Seminar çərçivəsində 2030-cu ilə doğru: Növbəti 5 il üçün Azərbaycanın Dayanıqlı İnkişaf Prioritetləri, COP29 Prezidentliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə və BMT-nin Ümumi Ölkə Təhlilindən irəli gələn əsas çağırışlara dair təqdimatlar edilib.

Seminar öz işini qrup təqdimatlar və plenar müzakirələrlə davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri