Icma.az
close
up
RU
ABŞ ın Rusiya və Ukrayna sülhünə nail olmaq üçün hələ də şansı var, amma Uitkoffsuz KİV

ABŞ ın Rusiya və Ukrayna sülhünə nail olmaq üçün hələ də şansı var, amma Uitkoffsuz KİV

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əgər bu il bəzən elə görünürdüsə ki, ABŞ prezidentinin demək olar bütün məsələlərini həll edən Stiv Uitkoff Kremlə çox yaxın idi, indi bunun izahı var - Putinin müşaviri ilə söhbətinin sızdırılması sayəsində. 

Qaynarinfo xəbər verir ki, bunu "Bloomberg”in müəllifi Mark Çempion yazır.

"Müxtəlif təcrübəli vasitəçi çalışmalıdır ki, hər iki tərəf onun onları dəstəklədiyini hiss etsin. Amma həmkarlarımın çərşənbə günü dərc etdiyi sızdırılmış telefon danışığı transkriptlərindən görünür ki, Uitkoff heç bir halda Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış etmirdi. O bunun əvəzinə öz rus həmkarları ilə danışıqlar aparırdı ki, Ukraynanın və Avropanın hesabına hər iki tərəfin istədiyinə nail olsun”, – materialın müəllifi qeyd edib.

Çempionun sözlərinə görə, Uitkoff Kremlin Ukrayna prezidenti Vladimir Zelenskinin 17 oktyabrda Ağ Evə gözlənilən səfərini necə pozacağını öyrədirdi. Bu səfər kritik əhəmiyyət daşıyırdı, çünki həmin vaxt Donald Trampın Rusiyaya təzyiq göstərərək onu güzəştlərə məcbur etməyə hazır olduğu görünürdü.

"Uitkoff Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakova deyib, hiylə ondan ibarətdir ki, onun bosu Zelenski səfərindən əvvəl Trampa zəng etsin, Qəzzada atəşkəsə nail olmaqda gördüyü fantastik işə görə onu tərifləsin və desin ki, onların nümayəndələri Ukrayna üçün buna bənzər 20 bəndlik bir razılaşmanı müzakirə edir və Rusiya bu ideyaya açıqdır. Gözlənildiyi kimi, Putin zəng edib və Tramp bu tələyə düşüb. Siyasət dəyişikliyi üçün yaranmış impuls isə sönüb”, – deyə müəllif vurğulayıb.

Müəllifin yazdığına görə, Uitkofun belə telefon danışıqları o demək idi ki, sadəlövh diplomat-həvəskar Ukraynanın hesabına Ağ Evi manipulyasiya etmək üçün Kreml ilə əməkdaşlıq edirdi.

"Lakin Ukraynanın Donbasdakı istehkam mövqelərindən hər hansı geri çəkilməsi yalnız bu demilitarizasiya zonası üçün təhlükəsizlik təminatları və cəbhə xəttinin Rusiyanın növbəti hücumdan qorunması üçün detallı müddəalar kontekstində baş verə bilər. Bu isə ağır silahların geri çəkilməsini, təmas xətti boyunca əhəmiyyətli beynəlxalq qüvvələrin yerləşdirilməsini və başqa tədbirləri tələb edir ki, bunların heç biri Uitkofun planında yoxdur”, – Çempion hesab edir.

Ekspertin sözlərinə görə, həmçinin Rusiya tərəfindən işğal edilmiş ərazilərin Ukrayna və ya beynəlxalq ictimaiyyət tərəfindən "tanınması” ilə bağlı heç bir tələb, eləcə də hər hansı növ erkən seçki şərti ola bilməz.

"İşğal altında yaşayan ukraynalıların, eləcə də uşaqları oğurlanmış şəxslərin müdafiəsi barədə razılaşma əldə olunmalıdır. Və Rusiya müttəfiqlərin müharibənin əvvəlindən bəri saxladıqları Mərkəzi Bankın 300 milyard dollardan çox dondurulmuş vəsaitini reparasiyalar barədə qərar verilmədən geri ala bilməz, üstünə bir də ABŞ-la gəlir bölüşdürülməsi məsələsi gəlir”, – müəllif diqqətə çatdırıb.

Çempion yekunlaşdırır ki, Uitkoff və Kremlin münasibətlərindən ortaya çıxan əsas nəticə budur: Uitkoff bu müharibənin tam başa çatmasına və Ukraynanın suveren dövlətə çevrilməsinə səbəb ola biləcək saziş üçün nə lazım olduğunu bilmir və buna əhəmiyyət də vermir. "Əgər Tramp danışıqları bunu anlayan başqalarına tapşıra bilsə, ABŞ prezidentinin dediyinə görə, hələ də bir sülh sazişinə nail ola bilərlər”, – ekspert əlavə edib.

Bundan əvvəl "Bloomberg” məlumat vermişdi ki, telefon danışığı zamanı Uitkoff Uşakova "sülh sazişi” üzrə təklifləri Trampa necə təqdim etmək lazım olduğunu məsləhət görüb. Bu söhbət 14 oktyabrda baş tutub və onlar bir az 5 dəqiqədən çox danışıb. Danışıqlar zamanı Trampın xüsusi elçisi həmçinin "Putinə dərin hörmət etdiyini” deyib.

"Sizə deyim, mən bilirəm ki, sülh sazişinə nail olmaq üçün nə lazımdır. Donetsk və bəlkə də, hansısa ərazini dəyişdirərik. Amma deyirəm ki, belə söhbətlər yerinə daha ümidverici danışaq, çünki düşünürəm ki, biz razılaşmaya çatacağıq. Prezident (Tramp – red.) mənə razılaşmaya nail olmaq üçün çox azadlıq və səlahiyyət verəcək”, – Uitkoff Uşakova bildirib.

Eyni zamanda respublikaçılar Uitkofun danışığının sızdırılmasına reaksiya veriblər. Xüsusilə onlar ABŞ prezidentinin administrasiyasını kursu dəyişməyə çağırıblar, çünki Trampın xüsusi elçisi "elə davranır ki, guya Rusiyadan maaş alır”.

"Bütün bu insident fiasko və ölkəmizin reputasiyası üçün ləkə oldu. Onu vəzifədən azad etmək lazımdır”, – konqresmen Don Beykon vurğulayıb.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see286

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see194

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see178

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see134

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see124

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri