ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın Texas ştatının mərkəzi hissəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, hadisə Salado kəndinin cənubundakı ərazidə baş verib.
Polis qəza barədə yerli vaxtla saat 13:33-də məlumat alıb. Hadisə yerinə gələn əməkdaşlar böyük yanğın aşkar ediblər.
ABŞ ordusunun məlumatına görə, qəzaya uğrayan helikopter yaxınlıqdakı Fort Hud hərbi bazasında yerləşən “AH-64 Apache” hücum helikopteri olub.
Qəzanın səbəbləri araşdırılır. ABŞ ordusu bildirib ki, hazırda əsas prioritet hadisə yerinin təhlükəsizliyinin təmin edilməsi və qəzanın nəticələrinin aradan qaldırılmasına dəstək göstərilməsidir.
Bu mövzuda digər xəbərlər:ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb
23 May 2025 09:10
ABŞ ın Tennessi ştatında helikopter qəzaya uğrayıb
09 Noyabr 2025 05:57
ABŞ ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində 5 nəfər ölüb
16 İyun 2025 12:06
ABŞ ın Texas ştatında daşqınlar zamanı 180 dən çox insan itkin düşüb
09 İyul 2025 13:03
ABŞ ın Texas ştatında App Store la bağlı qanunun icrası müvəqqəti dayandırıldı
24 Dekabr 2025 15:17
Baxış sayı:221
Bu xəbər 13 Avqust 2026 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















