Icma.az
close
up
RU
ABŞ ın Texas ştatında daşqınlar zamanı 180 dən çox insan itkin düşüb

ABŞ ın Texas ştatında daşqınlar zamanı 180 dən çox insan itkin düşüb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 4-də ABŞ-ın Texas ştatının Hill-Kantri bölgəsinin mərkəzi hissəsində dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı çərşənbə axşamı azı 109 nəfərə çatıb, onların əksəriyyəti uşaqlardır. Cümə günü səhər saatlarında bölgəyə yağan leysan yağışları zamanı Qvadelupa çayı hövzəsini su basıb.

AZƏRTAC xəbər verir ki, ştatın qubernatoru Qreqq Ebbottun açıqladığı rəqəmlərə görə, xilasedicilər ABŞ-da son onilliklərin ən ölümcül daşqınlarından birindən dörd gün sonra taleyi məlum olmayan 180-dən çox insanı axtarırlar.

Həlak olanların əksəriyyəti və daha çox zərərçəkənin axtarışı Kerr qraflığında və fəlakət zonasına çevrilmiş 25 min əhalisi olan Kerrvil şəhər dairəsində cəmləşib.

Texas qubernatoru Qreqq Ebbott ərazini hava ilə müşahidə etdikdən sonra gecə saatlarında keçirilən mətbuat konfransında bildirib ki, çərşənbə axşamına olan məlumata görə, təkcə Kerr dairəsində 94 cəsəd tapılıb, onların təxminən üçdəbiri uşaqlardır.

Kerr qraflığında ölənlər arasında Hant yaxınlığındakı Qvadelupa çayının sahilində yerləşən qızlar üçün təxminən bir əsrlik “Mistik” xristian yay düşərgəsində olan 27 azyaşlı və müəllim, həm də var idi. Düşərgə direktoru da həlak olub.

Qubernatorun sözlərinə görə, iyulun 8-də beş qızın və düşərgə rəhbərinin, habelə düşərgə ilə əlaqəsi olmayan daha bir uşağın taleyi haqqında məlumat əldə etmək hələ də mümkün olmayıb.

Çərşənbə axşamına olan məlumata görə, həlak olanların ümumi sayı 109 nəfərə çatıb. Amma hakimiyyət orqanları bəyan ediblər ki, suyun səviyyəsinin azalması ilə qurbanların sayının artacağına hazırlıq görülür, onların axtarışı isə daha sürətli templərlə aparılır.

Alimlər təsdiq edirlər ki, ekstremal daşqınlar daha tez-tez baş verir, çünki iqlim dəyişikliyi Texasda və ölkənin başqa yerlərində çox isti və rütubətli hava şəraitinə səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri