Icma.az
close
up
RU
“ABŞ ın universal gömrük rüsumları Azərbaycana dolayısı ilə təsir edə bilər” EKSPERT DANIŞDI

“ABŞ ın universal gömrük rüsumları Azərbaycana dolayısı ilə təsir edə bilər” EKSPERT DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ Prezidenti Donald Trump tərəfindən bütün ölkələrdən idxal edilən mallara 10% universal gömrük rüsumunun tətbiqi ilə bağlı qərarı qlobal ticarət sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirməliyik”. Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, ilk baxışdan Azərbaycana birbaşa təsir etmirmiş kimi görünsə də, dolayı olaraq bu qərarın ölkə iqtisadiyyatına müəyyən təsirləri qaçılmazdır:

“İlk növbədə qeyd edək ki, Azərbaycanın ABŞ-a ixracının həcmi ümumi ixrac strukturunda böyük paya malik deyil. Bu səbəbdən birbaşa təsiri nisbətən məhdud olacaq. Lakin əsas risk dolayı təsirlərlə bağlıdır.

ABŞ-ın bu addımı qlobal ticarətdə proteksionizmin güclənməsinə səbəb ola bilər. Nəticədə əsas ticarət tərəfdaşlarımız olan Avropa İttifaqı, Çin və Türkiyə kimi iqtisadiyyatlarda ixrac imkanlarının məhdudlaşması iqtisadi artım tempini böyük ehtimalla zəiflədəcək. Bu isə öz növbəsində Azərbaycanın qeyri-neft ixracına və ümumi xarici ticarət dövriyyəsinə təsir göstərə bilər.

Digər mühüm məqam enerji bazarları ilə bağlıdır. Qlobal ticarət müharibələrinin genişlənməsi dünya iqtisadi artımını zəiflədir və bu da neftə olan tələbin azalmasına səbəb olur. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətində mümkün azalmalar ölkənin valyuta daxilolmalarına və büdcə gəlirlərinə təsir edə bilər. Bu təsirləri də çox ciddiyə almalıyıq.

Bununla yanaşı, müəyyən imkanlar da yarana bilər. ABŞ bazarında bəzi ölkələrin rəqabət qabiliyyətinin zəifləməsi alternativ təchizatçılar üçün yeni imkanlar yarada bilər. Azərbaycan bəzi spesifik məhsullar üzrə bazarlarda mövqeyini gücləndirmək üçün bu vəziyyətdən faydalana bilər. Bundan istifadə edə bilsək, bu, bizim üçün önəmli fürsətlər qapısı aça bilər.

Qısacası, bu qərarın Azərbaycana təsiri birbaşa deyil, daha çox qlobal iqtisadi zəncir vasitəsilə dolayı olacaq. Əsas vəzifə isə bu kimi qlobal dəyişikliklər fonunda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və xarici şoklara qarşı dayanıqlığın gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri