Icma.az
close
up
RU
ABŞ ın Azərbaycana silah satışı məsələsi reallaşa bilər Siyasi ekspert

ABŞ ın Azərbaycana silah satışı məsələsi reallaşa bilər Siyasi ekspert

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İkitərəfli təhlükəsizlik ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarından biridir.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ABŞ-nin Bakıdakı səfirliyi yanvarın 4-də Oklahoma ştatından senator Markveyn Mallinin rəhbərlik etdiyi ikipartiyalı Konqres nümayəndə heyətini Azərbaycanda qəbul edib. Senator Mallini Missuri ştatından nümayəndə Ceyson Smit, Texas ştatından nümayəndə Ronni Cekson və Kaliforniya ştatından nümayəndə Cimmi Panetta müşayiət edib. Nümayəndə heyəti Prezident Trampın 8 avqust tarixində Ağ Evdə keçirilmiş tarixi Sammitindən sonra regionda davamlı sülhün təmin edilməsi, eləcə də ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Prezident Əliyev ilə görüşüb. Nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edib və təhlükəsizlik və müdafiə məsələlərini müzakirə etmək üçün müdafiə naziri Zakir Həsənovla ayrıca görüş keçirib. Görüşlər zamanı ikitərəfli təhlükəsizlik əməkdaşlığımızın əsas sütunlarından biri olan Oklahoma Milli Qvardiyası ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq proqramı da xüsusi vurğulanıb".

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında səfirliyin bəyanatını iki ölkə münasibətlərində yeni mərhələ kimi dəyərləndirib. Politoloqun fikrincə, ABŞ–Azərbaycan əlaqələri artıq yalnız siyasi dialoqla kifayətlənmir, hərbi-texniki əməkdaşlıq sahəsində də genişlənməkdədir: “Səfirliyin açıqlamasında vurğulanan Oklahoma Milli Qvardiyası ilə tərəfdaşlıq proqramı və nümayəndə heyətinin müdafiə naziri ilə görüşləri iki ölkə arasında hərbi əməkdaşlığın konkret göstəriciləridir və cari ildə bu sahədə yeni sazişlərin imzalanması mümkündür.

Ümumiyyətlə, ABŞ -Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib. ABŞ–Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni bir sazişin imzalanması gözlənilir. Xüsusilə ABŞ-ın Azərbaycana silah satışı məsələsi reallaşa bilər. Bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə mane olan əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişdir. Sözügedən düzəliş uzun illərdir ki, Vaşinqton–Bakı münasibətlərində siyasi və hüquqi problemlər yaradır”.

M. Əsədullazadənin fikrincə mövcud siyasi dinamika fonunda bu düzəlişin ləğv olunması real görünür. Buna paralel olaraq da Amerika Erməni Assambleyası 907-ci düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə start verib: “ ABŞ–Azərbaycan əlaqələrinin dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcəyi gözlənilir. Bu prosesin qarşısını almağa yönəlmiş Rusiya və erməni lobbisinin cəhdləri isə strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-ın Cənubi Qafqazda maraqlarının artması Azərbaycanla əməkdaşlığı qaçılmaz edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri