ABŞ ın yeni təhlükəsizlik strategiyası müəyyənləşib
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp administrasiyası yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Sənəd Vaşinqtonun xarici siyasət və müdafiə prioritetlərində bir sıra kəskin dəyişiklikləri təsdiqləyir.
Reyting.az xəbər verir ki, yeni strategiyada ABŞ-ın qlobal dominantlıq iddiasından imtinası, diqqətin Latın Amerikası və Asiyaya yönəldirilməsi, Avropa və Yaxın Şərq regionunun ikinci plana salınması qeyd olunur.
Tramp komandasının yeni strategiyasında Rusiya-Ukrayna müharibəsi ikinci dərəcəli məsələ kimi təqdim edilir.
Strategiyanın əsas prinsipləri:
ABŞ bütün dünya proseslərinə cavabdeh olmaq niyyətindən imtina edir;
"Güc vasitəsilə sülh": iqtisadi, texnoloji və hərbi üstünlüyün qorunması;
Xarici müdaxilələr yalnız ən ekstremal hallarda;
"Çevik realizm": burada tərəfdaşlıq üçün demokratiya və islahatlar şərt olmayacaq;
Suverenlik, milli dövlətlərin rolu beynəlxalq qurumlardan üstün tutulur;
"Güclər balansı": ABŞ qlobal hegemonluqdan çəkilir, digər güclərin təsir ərazilərini tanıyır;
İqtisadi siyasət "amerikalı işçilərin" maraqlarına fokuslanır;
Müttəfiqlərdən öz müdafiələrinə daha çox xərcləmək tələb olunur.
Regionlar üzrə prioritetlər:
Amerika qitəsi: sənəd "Tramp əlavəsi ilə Monro doktrinası"na qayıdışı elan edir - ABŞ Qərb yarımkürəsində xarici güclərin hərbi mövcudluğuna və strateji aktivləri nəzarətə götürməsinə imkan verməyəcək.
Asiya:
Vaşinqton Çinlə iqtisadi balansı dəyişməyi, həm də Pekinin subsidiyalar kimi "ədalətsiz üstünlüklərini" aradan qaldırmağı planlaşdırır. ABŞ həmçinin Tayvan ətrafında mümkün münaqişənin qarşısını almaqdan ötrü Yaponiyadan və Cənubi Koreyadan daha yüksək müdafiə xərcləri tələb edəcək.
Avropa:
ABŞ Avropadan öz müdafiə məsuliyyətini üzərinə götürməsini istəyir. Bu strategiya isə Avropada miqrasiya siyasəti, eləcə də sağ qüvvələrə təzyiqi tənqid edir. NATO-nun genişlənməsinin dayandırılması və Rusiya ilə "strateji sabitliyin bərpası" vurğulanır.
Rusiya–Ukrayna müharibəsi:
Sənəddə müharibəyə yalnız bir abzas ayrılıb: ABŞ döyüşlərin tezliklə bitməsini və bərpa prosesinin başlanmasını istəyir. Rusiya təcavüzünə dair tənqid yoxdur; əvəzində Avropa ölkələri "müharibə ilə bağlı qeyri-real gözləntilərə" görə qınanır.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















