Icma.az
close
up
RU
ABŞ ın İran Strategiyası

ABŞ ın İran Strategiyası

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ uzun illərdir NATO və digər geosiyasi koalisiyalarla birlikdə İranı zəiflətmək siyasəti aparır. Bu strategiya birbaşa hərbi müdaxilə ilə deyil, öncədən hazırlanan kompleks planla icra olunur. Adətən ABŞ bir ölkəyə daxil olmadan əvvəl həmin ölkənin iqtisadiyyatını çökdürür, sosial vəziyyəti dözülməz hala gətirir, milli və etnik zəmində qarşıdurmalar yaradır. Bu praktika əvvəllər İraq, Liviya, Suriya və digər ölkələrdə də tətbiq olunmuş və özünü təsdiqləmişdir.
İranla bağlı da illərdir oxşar ssenari həyata keçirilir. "Nüvə sazişi" adı altında tətbiq olunan sanksiyalar və embarqolar faktiki olaraq İran iqtisadiyyatını zəiflətməyə, xalqın sosial narazılığını artırmağa və ölkəni daxildən çökdürməyə hesablanmışdı. Paralel şəkildə, ABŞ regionda öz hərbi mövcudluğunu gücləndirməyə başladı və strateji nöqtələrdə yerləşdirilmiş hərbi gəmilər, raketlərlə təchiz olunmuş təyyarələr İran ətrafında cəmləşdirildi. ABŞ təyyarələri yerin 60 metr dərinliyindəki istehkamları dağıda bilən silahlarla təchiz edilib. Bu isə İranın nüvə obyektlərinə qarşı sarsıdıcı, məhvedici bombardmanın planlaşdırıldığını göstərir.
ABŞ-ın prezidenti Donald Trampın hələ seçilməmişdən bu planlara dəstək verdiyi məlumdur. O, hələ prezident kimi fəaliyyətə başladığı ilk günlərdə İraq və Yəməndə əməliyyatlar keçirəcəyini bildirmişdi. Trampın fikrincə, ABŞ İraqı hərbi güclə ələ keçirsə də, İran çox daha az xərclə, demək olar ki, qan tökmədən bu ölkəyə təsir göstərməyi bacarmışdı. Yəməndə isə Husi üsyançıları ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasına və Cənub dəhlizinə ciddi problemlər yaradırdı, İran Körfəzi vasitəsilə neft daşımalarını çətinləşdirirdi. Bu səbəbdən ABŞ, yalnız hava zərbələri ilə kifayətlənmədən, quru hərbi müdaxilə də daxil olmaqla daha sərt addımlar atmağa hazırlaşdı.
Bu dönüş, yəni İranı tədricən zəiflətməkdən birbaşa hərbi zərbələrə keçid, xüsusilə İsrailin təkidi ilə gündəmə gəlmişdi. İsrailin əsas narahatlığı İranın nüvə silahı əldə etməsi idi və onlar hesab edirdilər ki, ABŞ kifayət qədər tez hərəkət etməsə, bu silah artıq İranın əlində ola bilər. ABŞ, İranın nüvə proqramını məhv etməklə yanaşı, onun neft infrastrukturunu da hədəfə almağa hazırlaşır. İran neftini çox ucuz qiymətə əsasən Çinə satdığı üçün bu hücumlar eyni zamanda Çin iqtisadi maraqlarına da zərbə olacaq. ABŞ bu yolla həm İranı zəiflədəcək, həm də Çini ucuz neft bazarından məhrum edəcək.
Bundan başqa, İran üzərindən keçən və Bəndər Abbas limanından başlayaraq
Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyəyə qədər uzanan Şimal Cənub Dəhlizi və Orta Dəhliz də hədəfə alınacaq. Bu ticarət yolu faktiki işlək vəziyyətdədir və Çinin “Bir Kəmər – Bir Yol” layihəsinin əsas hissələrindən birini təşkil edir. Bu dəhlizə zərbələr endirməklə ABŞ, qlobal ticarətin istiqamətini yenidən öz nəzarətində olan ənənəvi dəniz yollarına qaytarmaq və alternativ ticarət marşrutlarını sıradan çıxarmaq istəyir. Eyni zamanda, bu addımlar Şimal Dəhlizində də yük daşımalarının artmasına səbəb olacağından, Rusiya İranın müdafiəsi üçün əhəmiyyətli addım atmaya bilər. Cənubi Azərbaycan ərazisinin bombalanması da məhz həmin ticarət yollarının keçdiyi strateji mövqelərlə bağlı ola bilər. Lakin əsas zərbələr İranın cənub, cənub-şərq bölgələrinə yönələcək.
Bütün bu addımların fonunda ABŞ-ın daha dərin və təhlükəli planı da var – İranın etnik və milli zəmində parçalanması. Xarici qüvvələr, xüsusilə ABŞ, İranda milli-etnik qarşıdurmanı qızışdırmaqla ölkəni bir neçə hissəyə bölmək strategiyasını reallaşdırmaq istəyir. Bu planın məqsədi yalnız İranı zəiflətmək deyil, həm də Orta və Şimal-Cənub dəhlizlərinə ağır zərbə vurmaqdır.
Bu kontekstdə müxtəlif etnik qrupların milli dövlət yaratmaq cəhdləri dəstəklənir:
Ərəblər – Xuzistan bölgəsində “Ərəbistan” adlı müstəqil dövlət yaratmaq niyyətində olan qüvvələr dəstəklənir.
Bəluclar – Pakistanla sərhəddə “Bəlucistan” adlı yeni dövlətin əsasını qoymaq üçün silahlandırılır.
Kürdlər – İran, İraq və Suriyada yaşayan kürdlərin “Böyük Kürdüstan” ideyası çərçivəsində birləşməsi təşviq olunur.
Türklər (azərbaycanlılar) – Cənubi Azərbaycanda milli kimlik və muxtariyyət ideyaları stimullaşdırılır.
ABŞ-ın planı bu bölgələrdə milli-etnik qarşıdurmaları artırmaqla İran daxilində vətəndaş müharibəsi səviyyəsində qarşıdurma yaratmaq, xüsusilə də kürdlərlə türklər arasında qarşıdurmanı qızışdırmaqdır. Bu qarşıdurma beynəlxalq aləmdə “humanitar fəlakət” kimi təqdim olunaraq bölgəyə "sülhməramlı qüvvələr" adı altında ABŞ ordusunun yerləşdirilməsinə zəmin yaradacaq. Bu plan artıq mövcuddur və müxtəlif səviyyələrdə hazır xəritələr üzərində sınaqdan keçirilmişdir.
Bu ssenari baş tutarsa, regionda mövcud olan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri iflic vəziyyətə düşəcək, Çin, Rusiya və Türkiyənin ticarət maraqları ciddi zərər görəcək və ABŞ yenidən qlobal ticarət və enerji axınlarına nəzarəti ələ alacaq.
Nəticə:
ABŞ-ın İrana qarşı həyata keçirdiyi siyasət yalnız iqtisadi və hərbi zəiflətmədən ibarət deyil. Əslində, bu strategiya İranı bütövlükdə dağıtmaq, onu daxildən parçalamaq və regionu geosiyasi baxımdan yenidən dizayn etmək məqsədi daşıyır. Bu siyasət eyni zamanda Çin, Rusiya və Türkiyənin qlobal strateji maraqlarına da qarşı yönəlmiş kompleks və çoxşaxəli bir layihədir. ABŞ bu yolla yalnız bir dövləti deyil, bütöv Avrasiya nəqliyyat və enerji xəritəsini öz maraqları çərçivəsində yenidən qurmağa çalışır.
Rəfail Eminov, tarixçi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see338

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see270

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see234

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see227

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see199

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see190

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see189

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see184

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see184

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see182

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see181

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see179

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see178

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see171

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see166

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see165

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see164

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see164

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see157

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri