Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

ABŞ ın yeni təhlükəsizlik arxitekturası

ABŞ ın yeni təhlükəsizlik arxitekturası

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan bu müstəvidə mərkəzi yerdədir

Qlobal təhlükəsizlik sistemi artıq XX əsrin siyasi terminologiyası ilə izah oluna bilən reallıq deyil. “Liberal beynəlxalq nizam” və ya “qaydalara əsaslanan sistem” kimi anlayışlar normativ iddia olaraq qalır, lakin real güc münasibətlərini açıqlamır. Çünki beynəlxalq davranışı artıq konkret maraqlar, regional güc balansları və situativ koalisiyalar müəyyənləşdirir. Qaydalar isə əksər hallarda artıq formalaşmış güc münasibətlərinə sonradan normativ əsas qazandıran legitimləşdirici pərdə funksiyasını daşıyır. Məhz burada ABŞ-ın əsas dilemması üzə çıxır: qlobal nizamın memarı olmaq iddiası yerini parçalanan beynəlxalq sistemdə öz təhlükəsizliyini minimum risklə necə təmin etmək məsələsinə verir?

Bu baxımdan Tramp dövrü ABŞ dövlətinin geosiyasi reallıqları açıq şəkildə qəbul etdiyi və strateji yönünü sərgilədiyi bir mərhələ kimi dəyərləndirilməlidir. ABŞ ilk dəfə açıq şəkildə nümayiş etdirdi ki, qlobal təhlükəsizlik onun üçün ideoloji missiya və ya universal prinsip deyil, konkret resurs–risk balansı ilə ölçülən bir mexanizmdir. Yəni Vaşinqton hər hansı bir regiona müdaxilənin faydasını və riskini dəqiq hesablayır, yalnız simvolik və ya normativ öhdəliklərə görə hərəkət etmir. Qərarlar konkret nəticələr və regionda balansı qorumaq imkanları əsasında verilir.

Yeni təhlükəsizlik arxitekturasının mərkəzində sadə, amma sərt məntiq dayanır: ABŞ hər bölgədə regional dayaq nöqtələri üzərindən təsirini qorumaqla güclü qala bilər. Burada söhbət öz regionunda balans yarada bilən aktorlardan gedir. ABŞ üçün təhlükəsizlik artıq “hamını qorumaq” öhdəliyi deyil; təhlükəsizlik düzgün seçilmiş nöqtələr vasitəsilə qeyri-sabitliyin idarə olunmasıdır. Məhz bu məntiq Cənubi Qafqaza olan baxışı dəyişdirir. Uzun illər bu region ABŞ strateji planlamasında ya Rusiya təsir zonasının kənarı, ya da Orta Şərqə bitişik ikinci dərəcəli məkan kimi dəyərləndirilirdi. Lakin yeni təhlükəsizlik arxitekturasında Cənubi Qafqaz periferiya olmaqdan çıxaraq geosiyasi keçid zonası statusu qazanır. Cənubi Qafqaz Rusiya, İran, Türkiyə və Qərb arasında kəsişən, amma heç birinin tam nəzarətində olmayan nadir məkanlardan biridir.

Keçid zonasının mərkəzində isə Azərbaycan dayanır. Qeyd etməliyik ki, ABŞ üçün əsas kriteriya funksionallıqdır. Azərbaycan regionda öz təhlükəsizlik gündəmini özü formalaşdıra bilən, münaqişə və sabitlik arasında passiv obyekt kimi yox, aktiv qərarverici kimi çıxış edən dövlətdir. Azərbaycan Cənubi Qafqazda nə Rusiyanın forpostudur, nə də Qərbin ideoloji layihəsi. Rəsmi Bakı regional balansın içindən çıxan, amma balansı dəyişə bilən aktordur. ABŞ yeni təhlükəsizlik arxitekturasında məhz belə dövlətlər əsas dayaq nöqtəsinə çevrilir: səssiz, amma çəkisi olan; müstəqil, amma proqnozlaşdırılan.

Bəs, Trampdan sonra ABŞ təhlükəsizlik siyasətində nə dəyişdi? Donald Trampın NATO-nu açıq tənqid etməsi, müttəfiqlərdən daha çox maliyyə öhdəliyi tələb etməsi və ABŞ-ı “daxilə qapanan” güc kimi təqdim etməsi çox vaxt əsas dəyişiklik kimi göstərilir. Lakin bunlar dəyişimin səsli tərəfidir. Əsas transformasiya isə səssiz və daha dərindir. Əslində, Tramp dövründə dəyişən ABŞ-ın təhlükəsizliyə baxış məntiqidir. ABŞ ilk dəfə açıq şəkildə qəbul etdi ki, Avropanın qorunması Vaşinqtonun qlobal gücünü artırmır, əksinə, resurslarını yayındırır. Uzun illər “kollektiv təhlükəsizlik” adı altında ABŞ öz gücünü universal sığorta mexanizminə çevirmişdi. Tramp dövrü bu mexanizmin ABŞ üçün artıq işləmədiyini açıq şəkildə üzə çıxardı. Vaşinqton Avropa müttəfiqlərinin müdafiəyə maliyyə və resurs baxımından daha çox töhfə verməsini tələb etdi və NATO-nun üzvləri ilə bağlı risk–gəlir balansını yenidən hesabladı. Eyni şəkildə demokratiya ixracı anlayışı da təhlükəsizlik doktrinasının mərkəzindən çəkildi. ABŞ üçün aydın oldu ki, siyasi model ixracı nə regional sabitlik yaradır, nə də ABŞ-ın özünə qarşı riskləri azaldır. Əksinə, ideoloji müdaxilə çox vaxt yerli reallıqlarla toqquşur və Vaşinqtonu idarə edə bilmədiyi proseslərin içinə çəkir.

Donald Tramp dövrünün ən mühüm, amma ən az etiraf edilən nəticəsi regional münaqişələrə münasibətdə baş verdi. Ağ Ev anladı ki, ideoloji mövqedən müdaxilə etdiyi hər münaqişə onun manevr imkanlarını daraldır. Normativ mövqe tutduqca, kompromis imkanlarını itirir və tərəflərdən birinə çevrilir. Yeni yanaşma isə ABŞ-ı balansın memarı kimi saxlamağa hesablanıb. Məhz bu səbəbdən Tramp dövrü ABŞ təhlükəsizlik siyasətini normativ güc statusundan çıxarıb geosiyasi realizm müstəvisinə qaytardı. Yeni modeldə ABŞ regionlara “öz problemi” kimi yox, öz maraqlarını qoruyan mexanizmlər kimi baxır. Vaşinqton üçün əsas sual budur: bu regionda balansı kim yarada bilər və ABŞ-ın iştirakı minimum resursla necə maksimum təsir göstərə bilər? Cavab isə birbaşa regional ağırlıq mərkəzləridir.

Cənubi Qafqaz bu baxımdan uyğun regiondur. Məhz bu nöqtədə Azərbaycan önə çıxır. Azərbaycan regional proseslərə real təsir göstərən, münaqişə və sabitlik arasında nəticə yarada bilən aktordur. ABŞ-ın yeni təhlükəsizlik arxitekturasında belə aktorlar əsas dayağa çevrilir. Vaşinqton üçün ideal regional tərəfdaş nə ideoloji baxımdan “ən yaxın”, nə də siyasi baxımdan “ən asılı” dövlətdir. İdeal tərəfdaş öz qərarlarını özü verən, regionda hegemonluq iddiası daşımayan, amma mövcud balansı dəyişmək gücünə malik aktordur. Bu kombinasiya ABŞ üçün strateji dəyər yaradır.

Azərbaycan bu baxımdan Cənubi Qafqazda istisna mövqedədir. Birincisi, Bakı artıq regional proseslərin subyektidir. 2020 və 2023-cü illərdə baş verənlər göstərdi ki, Azərbaycan mövcud status-kvonu dəyişə bilən dövlətdir. ABŞ üçün bu həlledici məqamdır, çünki Vaşinqton zəif, daimi xarici dəstək tələb edən tərəfdaşlarla uzunmüddətli təhlükəsizlik modeli qura bilmir. Yeni təhlükəsizlik arxitekturası isə öz təhlükəsizliyini özü təmin edə bilən dövlətlərə söykənir.

ABŞ regionda birbaşa hərbi və siyasi məsuliyyət daşımaq istəmir; o, balansı yerli aktorların yaratmasını üstün tutur. Azərbaycanın müstəqil qərarvermə qabiliyyəti Vaşinqtonun manevr sahəsini genişləndirir. İkinci mühüm amil Azərbaycanın geosiyasi mövqeyidir. Qərb–Rusiya–İran üçbucağında Bakı neytraldır, amma passiv deyil; müstəqildir, amma proqnozlaşdırılandır. ABŞ üçün əsas təhlükə davranışı qeyri-müəyyən olan tərəfdaşdır. Azərbaycan isə strateji davranışında ardıcıldır və bu, Vaşinqton üçün etibarlılıq yaradır. Üçüncü və bəlkə də ən strateji amil Azərbaycanın real güc faktorudur. Azərbaycan enerji, logistika və təhlükəsizlik xətlərinin kəsişdiyi məkandır. Enerji marşrutları, Orta Dəhliz, regional nəqliyyat xətləri və təhlükəsizlik koordinasiyası Bakını xəritə üzərində, funksional qovşaq edir.

Eyni zamanda, Azərbaycan Tehrana qarşı müharibə ritorikası aparmır, lakin geosiyasi çəkisini elə qurur ki, regionda İranın manevr imkanları avtomatik məhdudlaşır. ABŞ üçün bu yanaşma xüsusilə dəyərlidir, çünki Vaşinqton İranla birbaşa qarşıdurmanın regionu nəzarətdən çıxara biləcəyini yaxşı anlayır. Azərbaycanın davranışı isə gərginliyi artırmadan balans yaradır. Qərb istiqamətində də Bakı fərqli model təqdim edir. Azərbaycan Qərbə inteqrasiya şüarını daxili sabitliyi riskə atacaq ideoloji layihəyə çevirmir.

Son olaraq qeyd edək ki, ABŞ-ın yeni təhlükəsizlik arxitekturası böyük koalisiyalar və universal öhdəliklər üzərində qurulmur. Yeni təhlükəsizlik sistemində Cənubi Qafqaz kənar və ikinci dərəcəli zona olmaqdan çıxaraq strateji keçid nöqtəsinə çevrilir. Və bu keçid nöqtəsində ABŞ üçün əsas sual bir qədər praktiki səslənir:bölgədə sabitliyi kim özü yarada bilir?

Qlobal proseslərin istiqaməti göstərir ki, bu sualın cavabı getdikcə daha aydın şəkildə formalaşır və bu cavab ABŞ-ın yeni təhlükəsizlik arxitekturasında Azərbaycanın rolunu struktur zərurət kimi möhkəmləndirir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri