ABŞ İran danışıqları müsbət atmosferdə keçib
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran və ABŞ nümayəndə heyətləri Omanda danışıqları yekunlaşdırıb.
Modern.az bu barədə İranın Tasnim dövlət agentliyinə istinadən xəbər verir.
Görüş iki saat yarımdan çox davam edib.
Tərəflər razılığa gəliblər ki, danışıqlar gələn həftə davam etdiriləcək, konkret tarixlər verilməyib.
Danışıqlar qrupunun adı açıqlanmayan üzvü agentliyə bildirib ki, görüşdə atmosfer "müsbət" olub. Görüşdə ABŞ və İran nümayəndələri İranın nüvə proqramı ilə bağlı mövqe mübadiləsi aparıblar və İrana qarşı sanksiyaların ləğvi məsələsinə də toxunublar.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:Pakistan lideri: ABŞ İran danışıqları müsbət atmosferdə keçib, ümidverici irəliləyiş əldə edilib
22 İyun 2026 13:41
ABŞ İran danışıqları müsbət nəticə verməyəcək
16 Fevral 2026 18:59
ABŞ İran danışıqları mükəmməl keçib
23 Mart 2026 20:17
Əraqçi: İran ABŞ danışıqları konstruktiv keçib
17 Fevral 2026 18:15
Uitkoff: İran ABŞ danışıqları çox müsbət və konstruktiv olub
12 Aprel 2025 21:45
Baxış sayı:171
Bu xəbər 12 Aprel 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















