ABŞ İran qarşıdurması əslində belə başlayıb 73 il öncəki gizli əməliyyat
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Hazırda Yaxın Şərqi çətin vəziyyətə salan ABŞ-İran müharibəsinin tarixi ilə bağlı maraqlı məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hayatımız Tarih” adlı səhifə video paylaşıb.
Bildirilib ki, çoxları bu düşmənçiliyin 1979-cu ildəki İslam İnqilabı ilə başladığını düşünür, amma əsl hekayə 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) qaranlıq çevrilişi ilə başlayıb:
“Belə ki, İranın Baş naziri Məhəmməd Müsəddiq Britaniyanın istismar etdiyi İran neftini milliləşdirmək qərarı verib. O, artıq neftin İran xalqına məxsus olduğunu deyib. Bu isə Qərb üçün bağışlanmaz addım sayılırdı. Məhz ona görə də CIA və Britaniyanın kəşfiyyat xidməti “MI6″ tarixə “ilk gizli rejim dəyişdirmə əməliyyatı” kimi düşən “Ayaks” əməliyyatını həyata keçiriblər”.
Qeyd olunub ki, həmin zaman İranda yaranan çaxnaşma Müsəddiqin devrilməsinə gətirib çıxardı:
“Çevrilişdən sonra şah Mohammad Reza Pahlavi hakimiyyətə gəldi və ölkəni uzun illər idarə etdi. Qeyd edilən hadisə İran İslam İnqilabı və bu günə qədər davam edən qarşıdurmanın, intiqam hissinin əsasını qoydu”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 19 Aprel 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















