Kobaxidze Batumidəki qalmaqaldan danışdı “Onları heç azarkeş də adlandırmazdım”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması zamanı baş verən insidentlərə münasibət bildirib.
“Qafqazinfo” “Aktual.ge”yə istinadən xəbər verir ki, hökumət başçısı polis əməkdaşlarına və daxili işlər nazirinə təşəkkür edib.
“Onlar son dərəcə ağır təxribatlar şəraitində asayişi qorumaq və təxribatların qarşısını almaq üçün əllərindən gələni etdilər. Hər bir polis əməkdaşı xüsusi təşəkkürümüzə layiqdir”, – deyə Kobaxidze bildirib.
Baş nazir Gürcüstanın Türkiyə ilə dostluq münasibətlərini nəzərə alaraq, mövcud risklərə baxmayaraq, qarşılaşmanın dolu tribunalar önündə keçirilməsinə şərait yaratdığını vurğulayıb:
“Türkiyəli azarkeşlərin əksəriyyətinin təklifimizi çox ləyaqətli şəkildə qəbul etməsindən və ölkəmizə yüksək mədəniyyətlə gəlməsindən məmnunam. Lakin təxribatçı hərəkətləri ilə seçilən bir neçə yüz azarkeş də var idi. Açığı, onları heç azarkeş də adlandırmazdım”.
Kobaxidze, həmçinin hadisədən siyasi məqsədlər üçün istifadə etməyə çalışanları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb.
Xatırladaq ki, ötən gün Batumidə keçirilən qarşılaşmada Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi sərt müdaxilə edib. İnsident səbəbindən dayandırılan matç 40 dəqiqə sonra bərpa olunub.
Hadisə ilə əlaqədar Gürcüstanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Noyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















