Icma.az
close
up
RU
Dəhşətli müharibəyə saatlar qalıb? Başqa ölkələr də qoşula bilər

Dəhşətli müharibəyə saatlar qalıb? Başqa ölkələr də qoşula bilər

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Cənubi Asiya yaxın saatlarda potensial hərbi qarşıdurma xəbərdarlığı fonunda iki nüvə gücü – Hindistan və Pakistan arasında gərginliyin kəskin artmasının şahidi olur.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia”nın analitik təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, tərəflər arasında siyasi ritorikanın sərtləşməsi və atılan addımlarla böhranın birbaşa toqquşmaya çevrilə biləcəyinə dair qorxular artır.

Pakistanın informasiya naziri Attaullah Tara İslamabadın Hindistanın 24-36 saat ərzində ölkəyə zərbə endirmək niyyətində olduğunu göstərən etibarlı kəşfiyyat məlumatlarına malik olduğunu söyləyib. Nazir Pakistanın belə bir addıma sərt və qəti cavab verəcəyini vurğulayıb.

Tara Hindistanın potensial t*cavüzə haqq qazandırmaq üçün ağlasığmaz bəhanələrdən istifadə etdiyini deyərək, istənilən toqquşmanın nəticələrinin Dehlinin üzərinə düşəcəyi barədə xəbərdarlıq edib. Həmçinin o, mümkün müharibənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti müdaxilə etməyə çağırıb.

Hindistanın mənbələri isə Baş nazir Narendra Modinin Pakistanın mümkün addımlarına cavab vermək üçün orduya tam azadlıq verdiyini iddia edirlər. Həmin mənbələr qeyd edirlər ki, ordu siyasi müdaxilə olmadan cavab tədbirlərinin vaxtını və üsullarını müəyyən etmək səlahiyyətinə malikdir. “Sky News Arabia”ya görə, bu, hesablanmış hərbi əməliyyata hazırlığı əks etdirir.

Vəziyyəti şərh edən Asiya məsələləri üzrə mütəxəssis Vael Avad bildirib ki, baş verənlər mütləq hərtərəfli müharibəyə başlamaq niyyətini göstərmir, əksinə, bunlar məhdud hərbi əməliyyatın başlanğıcı ola bilər.

Onun sözlərinə görə, 2019-cu ildə də indi baş verənlərə bənzər bir ssenari proqnozlaşdırılmışdı. O zaman hər iki tərəf qarşılıqlı olaraq bir-birinin ərazisinə zərbələr endirmişdi, ardınca atəşkəs elan olunmuşdu.

Öz növbəsində pakistanlı keçmiş diplomatı, analitik Cavid Hafiz vurğulayıb ki, Pakistan müharibəyə can atmır, amma özünü müdafiə etməkdən də çəkinməyəcək.

Analitik ölkəsinin güclü ordu və hava qüvvələrinə malik olduğunu əlavə edərək, Hindistanın istənilən avantürasının ona baha başa gələ biləcəyini söyləyib.

“Sky News Arabia” hesab edir ki, qarşıdakı saatlar böhranın 2019-cu il ssenarisinə bənzər məhdud bir toqquşmaya, yoxsa cilovlanması çətin olacaq müharibəyə çevriləcəyini müəyyən etmək üçün həlledici olacaq.

Pakistan baş nazirinin siyasi müşaviri Rana Sanaullah Xan isə deyib ki, Hindistanla müharibə hər iki ölkə üçün dağıdıcı olacaq.

Həmçinin Xan əlavə edib ki, üçüncü bir tərəfin araşdırmaya cəlb olunması da mümkündür.

Pakistan artıq Kəşmirin Pakistanın nəzarətində olan hissəsində çoxsaylı insan ölümünə səbəb olan olayı pisləyib.

Xatırladaq ki, aprelin 22-də silahlılar Kəşmirin Hindistanın nəzarətində olan Pahalqam şəhəri yaxınlığındakı turist zonasına hücum edib, əksəriyyəti hindistanlı olmaqla 30 nəfər ölüb və yaralayıb. Hindistan baş verənlərə görə Pakistanı ittiham edib. Rəsmi İslamabad ittihamı rədd edərək, bunu əsassız adlandırıb. Hindistan Pakistanın məsələnin beynəlxalq səviyyədə, obyektiv araşdırılması çağırışlarına müsbət cavab verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri