Icma.az
close
up
RU
ABŞ İsrail İran müharibəsinə hansı ölkələr qoşula bilər? AÇIQLAMA

ABŞ İsrail İran müharibəsinə hansı ölkələr qoşula bilər? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"İran müharibə ərzində əvvəldən bildirdiyi kimi, öz müdafiəsi üçün ABŞ-nin Yaxın Şərqdə olan hərbi bazalarına zərbələr endirib və həmin zərbələrdən müəyyən hissələr mülki əhalinin olduğu yerlərə düşüb. Bu da təbii ki, həmin ölkələrin narazılığına səbəb olub, onların bəziləri, o cümlədən də Birləşmiş Ərəb Əmirliyi özünün müdafiə olunması hüququndan istifadə edəcəklərini və İrana qarşı müharibə başlayacaqlarını bildirdilər, ancaq hələlik bunu etmirlər".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ-İsrail-İran müharibəsinin gedişatında hansı ölkələrin müharibəyə qoşula biləcəkləri ehtimalından danışarkən bildirdi.

"İran-ABŞ-İsrail müharibəsinin qızğın dövründə İrana qarşı quru əməliyyatın başlaması üçün Amerika İraqdakı kürd yaraqlılarından istifadə etmək istəyir və müharibənin arealını genişləndirmək istəyir, İrandakı fars molla rejimini dəyişmək üçün quru əməliyyatların olmasının da vacibliyini vurğulayır. Ancaq hesab edirəm ki, hələlik İraq Kürdüstanında olan yaraqlıların İrana hücum etməsi real görünmür. İraqın rəhbərliyi ilə danışıqlar aparılıb və onlar ABŞ-İsrail-İran müharibəsinə qoşulmayacaqlarını və İranın suverenliyini dəstəklədiklərini bildiriblər", - deyə o qeyd etdi.

Siyasi şərhçinin sözlərinə görə, müharibə zamanı İran ən çox Qətər, İordaniya və Kiprdəki NATO-nun bazasına zərbələr endirib:

"Buna görə də NATO-nun baş katibi Mark Rütte də bildirib ki, biz bizim əraziyə olan hücuma qarşı kəskin cavab verəcəyik. Ancaq hələlik NATO İrana qarşı müharibəyə başlayırıq deyə belə bir xəbər yaymayıb. Müharibə davam etdikcə areal genişlənir. Hələlik İrana qarşı digər ölkələrin hücumu, müharibəyə başlaması konkret olmasa da, əgər vəziyyət bu cür davam etsə, yaxın zamanlarda hesab edirəm ki, Qətər, Birləşmiş Ərəb Əmirliyi, əgər olarsa İordaniya da İrana qarşı müharibəyə qoşula bilərlər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri