ABŞ İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran tərəflərdən heç birinin həlledici üstünlük əldə edə bilmədiyi və başa çatacağı perspektivləri qeyri-müəyyən olaraq qalan uzunmüddətli münaqişəyə cəlb olunublar.
"Report"un Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, qarşıdurma Vaşinqtonla Tehran arasında təxminən yarım əsrlik düşmənçiliyin nəticəsidir və hələlik onun tezliklə başa çatacağına dair əlamətlər görünmür.
Agentliyin qiymətləndirməsinə görə, münaqişə dövri ssenari üzrə inkişaf edir: hərbi əməliyyatlar dövrləri kövrək atəşkəslərlə əvəzlənir, daha sonra isə yeni zərbələr endirilir. Eyni zamanda, nə ABŞ, nə də İran həlledici üstünlük əldə edə bilir.
"Bloomberg" qeyd edir ki, hətta danışıqların aparılması belə iki ölkə arasındakı fundamental ziddiyyətləri uzun müddət aradan qaldıra bilməyəcək. Agentlik ən real ssenari kimi nisbətən aşağı intensivlikli münaqişənin davam etməsini və vaxtaşırı hərbi toqquşmaların baş verməsini göstərir. Hörmüz boğazının yenidən bağlanması da istisna edilmir.
Bununla belə, münaqişənin yekun həlli ilə bağlı hazırda aydın perspektiv görünmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 15 Avqust 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















