Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand “Arsenal”ın futbolçusu Ezri Konsanın çıxışından danışıb.
İdman.Biz xəbər verir ki, Ferdinand özünün “Rio Ferdinand Presents” adlı YouTube kanalında İngiltərə millisinin müdafiəçisini tərifləyib və “Mançester Yunayted”in onu transfer etməli olduğunu bildirib.
“Dünən oğluma dedim ki, Ezri Konsanın oyununu izləsin. Çünki onun meydanda etdiyi hər şey səmərəlidir. Bu, Mikel Arteta üçün yaxşı mənada problemdir.
Saliba qayıtdıqdan sonra Konsanın yenidən sağ cinah müdafiəçisi kimi oynayacağına təəccüblənmərəm. Çünki Konsa çox yüksək səviyyəli futbolçudur.
O, əla oyunçudur. Məncə, “Mançester Yunayted” onu transfer etməli idi. Konsa Artetanı ciddi seçim qarşısında qoyur. Komandaya çox rahat uyğunlaşıb və bir neçə möhtəşəm oyun keçirib. “Arsenal” üçün nə qədər uğurlu transfer olduğunu göstərib”, - deyə Ferdinand vurğulayıb.
Qeyd edək ki, Konsa ötən yay “Aston Villa”dan “Arsenal”a 55 milyon funt sterlinqə transfer olunub. O, Uilyam Salibanın zədəsindən sonra əsas heyətdə möhkəmlənib.
“Arsenal” noyabrın 1-də Premyer Liqada “Liverpul”u səfərdə 1:0 hesabı ilə məğlub edib. Bu, London klubunun 2012-ci ildən bəri “Enfild”də qazandığı ilk qələbə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 Noyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















