ABŞ dən İrana zərbələr: “Bütün bombaların anası“ndan istifadə edə bilər
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
ABŞ qeyri-rəsmi olaraq "bütün bombaların anası" adlandırılan "GBU-43/B" supergüclü yüksək partlayıcı aviasiya bombasından (MOAB) istifadə edərək İrana zərbə endirmək ehtimalını nəzərdən keçirir.
Moderator.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası əmrini verərsə, İranın enerji infrastrukturu və nüvə obyektləri hücuma məruz qala bilər.
CNN-in məlumatına görə, 9.5 tondan çox çəkiyə malik MOAB ABŞ Silahlı Qüvvələrinin inventarında ən güclü qeyri-nüvə bombasıdır. Prezident Trampın bəyan etdiyi strateji məqsədlərə çatmaq baxımından ondan istifadənin effektivliyi şübhə doğurur, lakin CNN-in qeyd etdiyi kimi, bu, ABŞ-İran münaqişəsində əhəmiyyətli dərəcədə eskalasiya demək olardı. Telekanalın mənbələrindən biri CNN-ə bildirib ki, Tramp hərbçilərə İrana qarşı əlavə zərbələrlə bağlı planlar hazırlamağı əmr edib və MOAB-ların potensial istifadəni nəzərə alaraq hədəflər siyahısına "çoxlu enerji infrastrukturları"nı da daxil edib.
Başqa bir adı açıqlanmayan mənbənin sözlərinə görə, ABŞ Silahlı Qüvvələri İranın nüvə obyektlərinə və Kolanq-Qaz-La dağının altında gizlədildiyi iddia edilən Natanz yaxınlığındakı obyektə zərbələr endirməyi planlaşdırır.
"Təəssüf, prezidentin içində olduğu vəziyyət elədir ki, o, praktiki olaraq nəsə tədbir görməyə məcburdur, lakin bu dərinlikdə zərbə endirmək üçün nəzərdə tutulmuş sursatlar olmadan psixoloji effektə diqqət yetirməki lazım gəlir ki, MOAB bunun üçün tam şəkildə uyğun gəlir", - deyə mənbə CNN-ə bildirib.
Qeyd olunub ki, ABŞ Administrasiyasının bir çox üzvlərinin fikrincə, İran üzərində qələbə qazanmağın yeganə yolu quru qoşunlarının iştirakı ilə genişmiqyaslı əməliyyat keçirməkdir, lakin bu, minlərlə ABŞ hərbçisinin ölümünə səbəb ola bilər. Pentaqon bu da daxil olmaqla, bütün hərəkət variantlarını araşdırır, lakin hələ administrasiyada heç kim quru əməliyyatında israr etmir. Tramp, həmçinin açıq şəkildə bildirib ki, ABŞ hərbçilərinin İrana göndərilməsində maraqlı deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Oktyabr 2026 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















