ABŞ İrana, İran isə Bəhreyn və BƏƏ yə zərbələr endirib
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Bəhreyn İran tərəfindən həyata keçirildiyi bildirilən raket və pilotsuz uçuş aparatları hücumlarından sonra ölkə üzrə təhlükəsizlik sistemlərini işə salıb.
Yeniavaz.com xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin məlumatına görə, hava hücumu sirenləri aktivləşdirilib və sakinlərə ən yaxın təhlükəsiz ərazilərdə sığınacaq axtarmaları tövsiyə olunub.
İran mediası isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasına aid bazanın hədəfə alındığını və ərazidə yanğın baş verdiyini iddia edib.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilən hücumların qarşısını aldığını bildirib.
BƏƏ-nin rəsmi xəbər agentliyi ölkənin müxtəlif bölgələrində sakinlərin eşitdiyi partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hava hədəflərini zərərsizləşdirməsi ilə bağlı olduğunu qeyd edib.
İranın İRNA xəbər agentliyi isə ölkənin qərb hissəsindəki hərbi bazanın “düşmən mərmiləri” ilə vurulduğunu bildirib. Agentliyin yüksək vəzifəli yerli məmura istinadən verdiyi məlumata görə, hücum səhər saatlarında baş verib və mümkün ziyan və itkilərin qiymətləndirilməsi davam edir.
Bu mövzuda digər xəbərlər:Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib
24 İyul 2026 22:40
ABŞ İrana zərbələr endirib
10 İyun 2026 02:56
İran Qətər, Bəhreyn, Küveyt və BƏƏ dəki ABŞ hərbi bazalarına zərbə endirib FOTO YENİLƏNİB
28 Fevral 2026 13:58
ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir
10 İyun 2026 02:12
İran Bəhreyn və digər bölgələrdə ABŞ bazalarına zərbə endirib
13 Mart 2026 16:31
Baxış sayı:137
Bu xəbər 12 İyul 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















