ABŞ İrana müdaxilə edə bilər İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail İranda son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin bu ölkəyə mümkün müdaxiləsi ehtimalına qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Moderator.az-ın xəbərinə görə, bu barədə "Reuters"ə məsələdən xəbərdar olan üç İsrail mənbəsi məlumat verib.
ABŞ Prezidenti Donald Tramp son günlər dəfələrlə müdaxilə edə biləcəyi ilə bağlı hədələyici bəyanatlar verib və İran hakimiyyətinə nümayişçilərə qarşı güc tətbiq etməməklə bağlı xəbərdarlıq edib. Tramp ötən gün ABŞ-nin "kömək etməyə hazır olduğunu" bəyan edib.
Fəalların məlumatına görə, etirazlar zamanı ölənlərin sayı 100 nəfəri ötüb.
Həftəsonu İsrailin təhlükəsizlik üzrə məsləhətləşmələrində iştirak edən mənbələr yüksək hazırlıq vəziyyətinin praktikada konkret hansı addımları ehtiva etdiyini açıqlamayıblar.
Söhbətin şahidi olan İsrail mənbəsinin sözlərinə görə, ötən gün baş tutan telefon danışığında Baş nazir Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio ABŞ-nin İrana müdaxiləsi ehtimalını müzakirə ediblər. ABŞ rəsmisi tərəflər arasında danışığın olduğunu təsdiqləsə də, müzakirə mövzularını açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















