ABŞ İranın enerji ixracatını hədəf alan sanksiyaları açıqladı
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ administrasiyası İranın enerji ixracını asanlaşdırdığı üçün çoxlu sayda fərd, şirkət və gəmiləri sanksiya siyahısına daxil edib.
Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın neft və neft-kimya ixracını məhdudlaşdırmaq üçün səylərin gücləndirildiyini açıqlayıb.
Bəyanatda İranın neft və mayeləşdirilmiş neft qazının (LPG) satışı və daşınmasını asanlaşdıran 50-dən çox fiziki şəxs, şirkət və gəminin sanksiya siyahısına əlavə edildiyi vurğulanıb.
Sanksiyaların yüz milyonlarla dollarlıq İran LPG-ni daşıyan şəbəkəni, kölgə donanma gəmilərini, Çində yerləşən xam neft terminalını və müstəqil “çaydan” neft emalı zavodunu hədəf aldığını bildirən bəyanatda bu elementlərin İranın neft və neft məhsullarını ixrac edərək gəlir əldə etməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Oktyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















