Icma.az
close
up
RU
ABŞ Konqresində Qərbi Azərbaycan konfransı keçiriləcək

ABŞ Konqresində Qərbi Azərbaycan konfransı keçiriləcək

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

24 iyun 2026-cı ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Demokrat.az xəbər verir ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbir kimi yadda qalacaq. 
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqiblərə məruz qalmış diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və zərərçəkmiş icmaların nümayəndələri iştirak edəcək.
Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılması məsələsini müzakirə edəcəklər.
Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi, qeyd olunan pozuntuların BMT və onun aidiyyəti strukturları çərçivəsində beynəlxalq hesabatlılıq və monitorinq mexanizmlərinə çıxarılması, yerində araşdırılması və sənədləşdirilməsi, bu məqsədlə faktaraşdırıcı missiyaların cəlb olunması, eləcə də xüsusi məruzəçilər və digər beynəlxalq mandat sahibləri səviyyəsində araşdırma və hesabatlılıq mexanizmlərinin işlənib hazırlanması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.  
Tədbirdə həmçinin, müstəmləkəçilikdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi, xüsusilə, koloniyaların BMT-nin Dekolonizasiya edilməli olan Özünüidarəetməyən Ərazilər siyahısına salınmasının BMT-nin gündəliyinə salınması məsələləri ətrafında müzakirələr aparılacaq.
XX əsr boyunca Qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən tarixi torpaqlarından bir neçə mərhələdə — 1905–1906, 1918–1920, 1948–1953 və 1987–1991-ci illərdə sistemli şəkildə zorla çıxarılıb və etnik təmizləməyə məruz qalıblar. Bu proses nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb, çoxsaylı insan qətlə yetirilib, işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, ailələrin sosial-mənəvi və iqtisadi dayaqları dağıdılıb.
Etnik təmizləmə siyasəti yalnız azərbaycanlı əhalinin fiziki olaraq tarixi torpaqlarından uzaqlaşdırılması ilə məhdudlaşmamış, eyni zamanda onların əsrlər boyu formalaşmış mədəni, dini və tarixi irsinin silinməsinə yönəlmişdir. Ermənistanda qalan Azərbaycan xalqına məxsus məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər maddi-mədəni irs nümunələri dağıdılmış, təhqir olunmuş və ya mənimsənilmiş, 2000-dən çox Azərbaycan mənşəli toponim dəyişdirilərək erməniləşdirilmiş, bununla da tarixi yaddaşın və bölgənin etnik-mədəni kimliyinin saxtalaşdırılmasına yönəlmiş sistemli siyasət həyata keçirilib.
1951-ci il Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası qayıdış hüququnu etnik təmizləmə nəticəsində didərgin salınmış şəxslərin hüquqlarının bərpasını beynəlxalq hüququn mühüm tələblərindən biri kimi təsdiqləyir. Bu baxımdan, indiki Ermənistan ərazisindən zorla çıxarılmış Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi yurdlarına qayıdışının təmin edilməsi, onların mənzil, torpaq, əmlak, mədəni və dini irs üzərində hüquqlarının bərpası Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti kontekstində qiymətləndirilməlidir.
Konfrans Vaşinqton, ABŞ Konqresi, Kennedi Kokus Zalı, Rassel Senat Ofis Binası, 24 iyun tarixində, saat 09:00-da keçiriləcək.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri