Icma.az
close
up
RU
ABŞ Konqresində anti Azərbaycan düzəlişlər səsvermədən kənarlaşdırıldı

ABŞ Konqresində anti Azərbaycan düzəlişlər səsvermədən kənarlaşdırıldı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna (NDAA) təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişi gündəliyə daxil etməyib.

"Ölkə.az" musavat.com-a istinadla xəbər verir ki, söhbət Konqresmenlər Frenk Pallone (D-NJ) və Qas (Gus) Bilirakis (R-FL) tərəfindən irəli sürülmüş təkliflərdən gedir. Onlardan biri ABŞ Prezidentinin 907-ci düzəlişi dayandırmaq səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağı, digəri isə Pentaqondan hər il “Azərbaycanın Ermənistanın suverenliyini tanıdığı” barədə xüsusi təsdiq tələb etməyi nəzərdə tuturdu. Hər iki düzəliş “made in order” siyahısına salınmadığından səsverməyə çıxarılmayacaq və qanunvericilik prosesindən kənarda qalacaq. Bu qərar erməni lobbi təşkilatlarının geniş kampaniyalarına rəğmən qəbul olunub və Vaşinqtonda anti-Azərbaycan istiqamətli addımların qarşısının alınması kimi qiymətləndirilir.

Qaydalar Komitəsinin qəbul etdiyi qayda yalnız məhdud sayda dəyişikliklərin plenar müzakirəyə çıxarılmasına imkan verir. Məhz bu səbəbdən Pallone və Bilirakisin təqdim etdiyi düzəlişlər rəsmi şəkildə rədd edilib. Bu fakt hüquqi baxımdan onların uğursuzluğunu təsdiqləyir və Azərbaycanın diplomatik xəttinin effektivliyini göstərir.

Xatırladaq ki, bu qərar ABŞ-Azərbaycan münasibətlərinin son aylarda yüksəlişdə olduğu bir dövrə təsadüf edir. 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə Bəyanat imzalamışdılar. Həmin görüş ABŞ və beynəlxalq media tərəfindən Cənubi Qafqazda sülh prosesində dönüş nöqtəsi kimi təqdim olunmuşdu. Bu çərçivədə Vaşinqtonun irəli sürdüyü sülh gündəmi, habelə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığı daha da dərinləşdirmişdi.

Bundan əlavə, Ağ Ev həmin görüşlə eyni xəttdə olaraq 907-ci düzəlişin Azərbaycana yardımla bağlı dayandırılmasını uzadan xüsusi memorandum dərc etmişdi. Bu addım Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının davamına geniş imkan açmış, eyni zamanda anti-Azərbaycan təşəbbüslərin qarşısını hüquqi əsasda kəsmişdi.

Beləliklə, Nümayəndələr Palatasının Qaydalar Komitəsində qəbul edilən son qərar Azərbaycanın ABŞ Konqresində daha bir siyasi uğuru kimi qiymətləndirilir. Anti-Azərbaycan xarakterli düzəlişlərin səsverməyə buraxılmaması həm iki ölkə münasibətlərində yeni mərhələni möhkəmləndirir, həm də Ağ Evin 8 avqustda imzalanmış sülh gündəmi ilə tam şəkildə üst-üstə düşür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Sentyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri