Icma.az
close
up
RU
ABŞ la Çin arasında ticarət yumşalması: Qazanan kimdir və ümumi təsirlər... (ŞƏRH)

ABŞ la Çin arasında ticarət yumşalması: Qazanan kimdir və ümumi təsirlər... (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Vaşinqtonla Pekin arasında münasibətlərin rasional məcraya daxil olması və uzlaşmanın əldə edilməsi ABŞ adminstrasiyasının başladığı neqativ iqtisadi münasibətlər tandeminin əhəmiyyətli səviyyədə yumlaşmasına, digər tərəflərlə də uzlaşmanın təmin edilməsinə, qlobal iqtisadiyyatda gözlənilən risklərin aşağı düşməsi, təsirlərinin azalması kimi nəticələrə də yol aça bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov ABŞ və Çin nümayəndələri arasında Londondakı ticarət danışıqlarının yekununu şərh edərkən deyib. 

Həmsöhbətimiz danışıqlarda əldə edilən nəticələrin bu və ya digər şəkildə hər iki tərəf üçün sərfəli olduğunu düşünür: 


"İlin əvvəlindən başlanılan anlaşılmaz mühitdə dünyanın iki böyük iqtisadiyyatı arasında tariflər kəskin şəkildə artmışdı. Deməli, belədə qiymətlər də artmalı, ciddi inflyasiya, alıcılıq qabiliyyətinin aşağı düşməsi baş verməli idi. Bu da öz növbəsində hər iki ölkədə yerli istehsal xərclərinin də artmasına gətirib çıxaracaqdı. Amma son anlaşma ilə faktiki tariflərin əvvəlki səviyyəyə qaytarılması, ABŞ-ın Çinə münasibətdə 30 faiz, əks istiqamətdə isə 10 faizlik tarif tətbiq etməsi, məsələ ilə əlaqədar 90 günlük fasilənin götürülməsi nisbətən bazarların sabitləşməsinə, pozitiv yönümlü gözləntilərin artmasına gətirib çıxarıb. Uzlaşma ehtimalının artması ilə bağlı ümidlər artıb.  Düzdür, arada texniki anlaşılmazlıqlar da var. ABŞ adminstrasiyası Çinin müəyyən öhdəlikləri yerinə yetirməməsilə bağlı tədbirlər görəcəyi istiqamətində davamlı olaraq mesajları gündəmə gətirir".

İqtisadçı hesab edir ki, mövcud vəziyyətdə daha çox qazanan tərəfin ABŞ olduğu görüntüsü yaransa da, Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatından götürdüyü töhfənin daha böyük olduğunu da nəzərdən qaçırmamalıyıq: 

"Bəzi illərdə Çin ABŞ-a ixracı 500-600 milyard dollara çatır. O, baxımdan burada Çin də qazanır. Vaşinqtonun başladığı bu prosesin əsas məqsədi də məhz daha aydın xarici ticarət şərtlərinin formalaşdırılması, ticarət balansındakı fərqləri azaltmaq idi. Çin ABŞ-dan müəyyən məhsulların istehlakı ilə bağlı məhdudiyyətləri aradan qaldırmaq, idxalı artırmaq kimi öhdəliklər götürüb". 

Qeyd edək ki, ABŞ və Çin nümayəndələri Londonda keçirilən ticarət danışıqlarını yekunlaşdırıblar. "Reuters” agentliyinin məlumatına görə, ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və ÇXR-dən nadir torpaq metallarının tədarükünün təmin edilməsi barədə sövdələşmələrin həyata keçirilməsi planını razılaşdırıblar.

Xatırladaq ki, Çinlə ABŞ arasında bir müddət əvvəl rüsum tariflərinin artırılması istiqamətində savaş baş vermişdi. Bu müstəvidə tərəflər bir-birinə münasibətdə rüsumları kəskin artırmışdılar. Lakin sonradan hər iki tərəf mövqelərini yumşaltmaq yolunu tutdu. İyunun 5-də isə Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı oldu. Nəticədə onlar mümkün qədər tez bir zamanda ticarət-iqtisadi danışıqların yeni raundunun keçirilməsi barədə razılığa gəldilər. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri