Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Çin Azərbaycanın ticarət partnyorları arasında ilk üçlükdədir ŞƏRH

Çin Azərbaycanın ticarət partnyorları arasında ilk üçlükdədir ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Natiq Cəfərli bildirib ki, çalışmalıyıq ki, Çinlə sadəcə ticarət əlaqələrini genişləndirməyək



Azərbaycanın Qədim İpək Yolunun mərkəzində yerləşməsi regionun və dünyanın mühüm logistik mərkəzlərindən birinə çevrilməsinin önəmini getdikcə artırır. Tranzit ölkə kimi Azərbaycana beynəlxalq maraq çox böyükdür. Bu yöndə Qədim İpək Yolu üzərində yerləşən ölkələr ilə mövcud əlaqələrimiz genişlənir və intensivləşir. Belə ölkələr arasında xüsusi yeri və əhəmiyyəti olanlardan biri də Çin Xalq Respublikasıdır.

Dünyada çəkisi və nüfuz dairəsi sürətlə artan Çin ilə Azərbaycan arasında qarşılıqlı faydalılıq prinsipinə əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb və son vaxtlar artan xətlə inkişaf etməkdədir. Bu özünü Azərbaycan-Çin münasibətlərinin əksər istiqamətlərində göstərməkdədir. Azərbaycanla Çin arasındakı əlaqələr əhatəliyi, müsbət dinamizmi və intensivliyi ilə fərqlənir. Yüksək səviyyəli rəsmilərin görüşləri, eləcə də beynəlxalq platformalarda görüşlər əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə müsbət dinamizm verilməsində xüsusi rol oynayır. Azərbaycanla Çin arasında dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da yetərincə uğurla inkişaf edir. Bu özünü son illərdəki ticarət əlaqələrindəki müsbət dinamizmin timsalında daha əyani göstərir.

Ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir və ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını müdafiə edirlər.

Qeyd edək ki, son dövrlərdə Prezident İlham Əliyevin Çinlə bağlı çıxışlarında və müsahibələrində bu əlaqələrin əhəmiyyəti xüsusi vurğulanır. 

Xüsusilə aprelin 9-da yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər, Çinlə əməkdaşlığın Azərbaycanın xarici siyasətində önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Bundan əvvəl isə Prezident İlham Əliyevin Çin mediasına verdiyi geniş müsahibə, Pekin-Bakı münasibətlərinin strateji məzmununu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın əsas prioritetlərini ortaya qoyub.


ReAl Partiyasının sədri Natiq Cəfərli də “Sherg.az”a açıqlamasında deyib ki, Çinlə əlaqələrin möhkəmlənməsi kifayət qədər əhəmiyyətli addımdır.

Çinin Azərbaycanın ticarət partnyorları arasında ilk üçlükdə olduğunu vurğulayan N.Cəfərli bildirib ki, çalışmalıyıq ki, Çinlə sadəcə ticarət əlaqələrini genişləndirməyək: 

“Son illər Azərbaycan-Çin hökumətlərarası görüşlərin intensivliyi artıb. Bu,  ticarət dövriyyəsinin maneəsiz və tez həyata keçirilməsinə yardımçı olan faktordur. Çinlə Azərbaycanın əməkdaşlığı investisiya müstəvisinə keçməlidir. Çin dünyadakı ən böyük investorlardan biridir. Çin  şirkətləri, dövlət fondlarının dünyanın müxtəlif ölkələrində milyardlarla dollarlıq vəsaiti əhatə edən investisiyaları var. Yaxşı olar ki, Çin şirkətlərinin Azərbaycanda da böyük investisiya layihələrinin həyata keçirilməsinin şahidi olaq. Bu ölkəmizdə əlavə istehsal sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına ciddi təkan verə bilər”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri