Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Qalib Azərbaycandır, qazanan hər kəs Şərh

Qalib Azərbaycandır, qazanan hər kəs Şərh

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Qafqaz bölgəni davamlı sülhə aparacaq tarixi hadisələrə şahidlik edir. Uzun illərdən sonra Azərbaycan öz ərazisindən Ermənistana yük qatarı yola salıb. Hələlik Gürcüstan üzərindən.

Noyabrın 5-də Rusiya taxılı ilə yüklü 15 vaqon Ağstafada, Böyük Kəsik dəmiryol stansiyasında rəsmiləşdirilərək Gürcüstana, oradan isə Ermənistanın Dalarik stansiyasına yola düşüb. Ermənistana gedən 15 vaqon Qazaxıstan taxılı isə Azərbaycanın Biləcəri dəmiryol stansiyasına qəbul edilib. Onun da eyni marşrutla ünvana çatdırılması nəzərdə tutulur.

Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi ötən əsrin 90-cı illərindən bəri iki ölkə arasında münasibətlər tam kəsilmiş, sərhədlər bağlanmışdı. Qarşılıqlı əlaqələr yalnız münaqişənin nizamlanması üçün beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlarla məhdudlaşırdı. Lakin danışıqlar nəticə vermədiyi üçün 2020-ci ildə Azərbaycan öz torpaqlarını silah gücü ilə azad etməyə məcbur oldu və bununla da davamlı sülhün bərqərar olması üçün zəmin yaratdı. Bölgədə yaranmış yeni reallıqlar, burada cərəyan edən proseslərin də məcrasını dəyişdi.

Bu gün Azərbaycan 8 noyabr Zəfərinin 5 illiyini qeyd etməyə hazırlaşır və nə qədər paradoksal səslənsə də, belə bir ərəfədə məğlub ölkənin, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür edir. Bu isə onu göstərir ki, Azərbaycan müharibədə qalib gəlməklə yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də elə Ermənistanın öz gələcəyini xilas edib və bütün bölgəyə sülhü qazandırıb.

Məsələ ondadır ki, bölgədə sülhə və əməkdaşlığa yönəlmiş bütün digər addımlar kimi, Ermənistana yüklərin göndərilməsinə şəraitin yaradılması da Azərbaycanın təşəbbüsüdür. Oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev, işğal səbəbindən Ermənistana yük tranziti ilə bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib.

Ermənistan Baş nazirinin İlham Əliyevə təşəkkürü də məhz bununla bağlı idi. "Prezident İlham Əliyev elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı ifadə edirəm", - deyə Paşinyan oktyabrın 22-də Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib. "Bu qərar əvvəlcədən bu miqyasda müzakirə olunmamışdı. Biz sadəcə bilirdik ki, müəyyən razılıq var, bir qatar gələcək. Qənaət bu idi ki, söhbət yalnız bir qatarın gəlişindən gedir, amma Azərbaycanın Prezidentinin səsləndirdiyi bəyanat bizim üçün gözlənilməz oldu", - Baş nazir deyib.

Azərbaycan liderinin bu addımı Ermənistanda elə rezonans doğurub ki, Nikol Paşinyan faktiki hər çıxışında bu məsələyə toxunur. O, bu günlərdə Azərbaycan Prezidentinə yenidən minnətdarlığını bildirib. İrəvanda "Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" adlı illik beynəlxalq forumda çıxış edərkən Paşinyan qeyd edib ki, baş verənlər, 8 avqust Vaşinqton razılaşmalarının praktik həyata keçirilməsi nümunəsidir. Onun sözlərinə görə, bu razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələri üçün yeni perspektivlər açır: "Çoxları iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Lakin fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şey Vaşinqton sazişlərindən sonra mümkün oldu. Bu, onların verdiyi üstünlüklərin əyani nümunəsidir".

Baş nazir əlavə edib ki, Azərbaycanın bu addımı balansın dəyişməsi üçün çox mühüm imkanların mövcud olduğunu göstərir.

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da parlamentdə 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmir yolu nəqliyyatı ilə - həm Qazaxıstandan, həm də Rusiyadan idxal edəcək.

Yeni dəmir yolu istiqamətinin açılması Yuxarı Lars üzərindəki yükü azaltmağa, həm də ən bahalı olan Qara dənizin dəniz hissəsindən keçməklə yüklərin çatdırılma xərclərini azaltmağa imkan verəcək. Bu fikirlər isə Cənubi Qafqaz Dəmir Yollarının baş direktoru Aleksey Melnikova məxsusdur. O bildirib ki, Marşrut Ermənistana iri taxıl tədarükləri həyata keçirən şirkətlər üçün, həm də neft məhsullarının idxalı ilə məşğul olan şirkətlər də daxil olmaqla, digər tərəfdaşlar üçün mühüm olacaq. Melnikov əminliyini bildirib ki, bu marşrut aktiv istifadə olunacaq və ölkəyə əhəmiyyətli iqtisadi faydalar gətirəcək.

Bəs Bakının bu sülhməramlı addımının bölgə üçün gələcək əhəmiyyəti nədir? Bunu bir neçə aspektdə qeyd etmək olar.

Əvvəla, Azərbaycanın regionda sülh və inkişafa yönəlmiş ardıcıl siyasəti artıq bölgə hiss edilən nəticələr verməyə başlayıb. O cümlədən Ermənistan özünün işğal siyasəti səbəbindən otuz ildən artıq düşdüyü iqtisadi blokadadan çıxır.

İkincisi, yük tranzitinə dair məhdudiyyətlərin tam aradan qaldırılması İrəvan üçün yeni imkanlar açır. Ən əsası onun regional logistika və ticarət zəncirlərinə daxil olması üçün şərait yaradır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, taxıl tədarükü məsələsi Ermənistan üçün ilkin faydadır: "Bundan əlavə, Orta dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər". Onun sözlərinə görə, bu da bütün region ölkələrinin iqtisadiyyatına müsbət töhfə verə bilər. "Qısa müddətdə bu istiqamətdə müsbət inkişafları görürük", - deyə nazir vurğulayıb.

Üçüncüsü, Azərbaycanın bu addımı Vaşinqtonda əldə olunan razılaşmaların praktiki icra mərhələsinə keçməsindən xəbər verir.

Və, nəhayət, Azərbaycan bir daha dünyaya etibarlı tərəfdaş olduğunu göstərir ki, verdiyi sözü tutur, razılaşmalara əməl edir. Bu gün bölgədə həyata keçirilən sülh gündəliyinin müəllifi olan Prezident İlham Əliyevin də dediyi kimi, "Bizim sözümüz imzamız qədər dəyərlidir". Düzdür, indi tədarük Gürcüstan vasitəsilə həyata keçirilir, lakin gələcəkdə bu proses birbaşa Azərbaycan və Ermənistan arasında keçiriləcək.

Ermənistan üçün açılan növbəti tarixi şansa gəldikdə, onun Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) qoşulması perspektivləri yaranır. Xüsusilə, Kayan-Razdan dəmir yolu xətti vasitəsilə inteqrasiya variantı nəzərdən keçirilir. Bu halda, Çindən yüklər Xəzər dənizi ilə Azərbaycana, sonra Ermənistana, daha sonra isə Axurik vasitəsilə Türkiyəyə çatdırıla bilərdi. Beləliklə, Ermənistan təkcə bir neçə dövlət arasında deyil, həm də Avrasiyanın əsas nəqliyyat-logistika dəhlizləri arasında birləşdirici bəndlərdən birinə çevrilə bilər.

Son olaraq bir daha qeyd edək ki, Azərbaycanın Ermənistana yüklərin tranziti üzrə məhdudiyyətlərin aradan qaldırılması regionda etimadı gücləndirən və sülh şəraitində davamlı birgəyaşayış üçün real şərait yaradan tarixi əhəmiyyətli hadisədir. Sadəcə, Ermənistan dərk etməlidir ki, onun üçün açılan iqtisadi və strateji perspektivlər birbaşa Bakının təşəbbüsü ilə bağlıdır və təqdim olunan imkanlardan istifadə etməlidir. O da öz tərəfindən sülh prosesi çərçivəsində müvafiq addımlar atmalıdır. Nəhayət, Bakının sülh jestləri onun üçün tarixi şans açır və onun da uzərinə düşən yalnız bu fürsətdən düzgün istifadə etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri