ABŞ la danışıqlarda Xameneinin tapşırığına əməl edilmədi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyətinin ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etmədiyi iddia olunub.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Şurası sədr müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib.
Onun sözlərinə görə, İran rəhbərliyində ABŞ ilə əldə edilən atəşkəs razılaşması səbəbindən böhran yaşanıb.
Sədr müavini iddia edib ki, Müctəba Xameneini müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və "səlahiyyət həddini" aşıb.
Rəsmi bildirib ki, ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dən təzminat tələb olunması istiqamətində 11 şərtlə irəli sürərək, tapşırıq verib.
Məlumata görə, müzakirə qrupu sədr müavinin açıqlamalarına cavab verərək onun dediklərini "köhnə və təhrif edilmiş" kimi xarakterizə etməklə təkzib ediblər.
Bildirilib ki, M.Nəbəvianın açıqlamalarının ardından reportaj qəflətən kəsilib və yayım qurumunun yüksək vəzifəli bir rəsmisi istefa verib.
Qeyd edək ki, iyunun 21-də Pakistanla Qətərin vasitəçiliyi əsasında ABŞ və İran nümayəndə heyəti arasında İsveçrədə danışıqların birinci raundu keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 22 İyun 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















