Icma.az
close
up
RU
ABŞ liderinin nümayəndəsi: Tramp Çin danışıqlarından intina etmir

ABŞ liderinin nümayəndəsi: Tramp Çin danışıqlarından intina etmir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp ticarət qarşıdurmasından çıxış yolu tapmaq üçün Çinlə danışıqlar aparmağı vacib hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika liderinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell bildirib.

"Prezident Tramp Çinlə bağlı bizə göstərdi ki, o, Çinə təzyiq göstərə və eyni zamanda onunla danışa bilər. Baxın, biz elə vəziyyətdən çıxmışıq ki, keçmiş ABŞ prezidenti Co Bayden üç ildən çoxdur Rusiya lideri Vladimir Putinlə danışmır. Əgər sən güclüsənsə və ilk növbədə Amerika üçün iddia qaldıra bilirsənsə, o zaman Amerika xalqının sənin danışmağına ehtiyacı var, çünki bu yolla bizim işimiz qarşı tərəfə keçir və biz onlara təzyiq göstərmək üçün öz rıçaqlarımızdan istifadə edirik. Mən bunun tarif vəziyyətində baş verdiyini görürəm", - deyə o, "Fox News"a bildirib.

Qrenell qeyd edib ki, Tramp “mahir danışıqçıdır, lakin danışıqlar aparmaq üçün danışmaq lazımdır”. Bundan əlavə, Amerika liderinin xüsusi nümayəndəsi bildirib ki, o, "sülh müqavilələrinin baş tutacağına inanır". "Lakin sülh müqaviləsi bağlamaq üçün işləmək son dərəcə çətindir. Sadəcə olaraq vəziyyətin zorakılığa və müharibəyə doğru enməsinə imkan vermək daha asandır", - deyə Qrenell bildirib.

Tramp aprelin 2-də 185 ölkədən və bölgədən gələn mallara tariflər elan edərək böyük ticarət müharibəsi başladıb. Aprelin 9-da Tramp danışıqlara hazır olduqlarını nümayiş etdirən 75 ölkəyə tarif artımını 90 gün müddətinə dayandırdığını açıqlamıyıb. Onlara 10% idxal rüsumları tətbiq olunacaq. Bu tədbir Çinə şamil edilmir.

ABŞ prezidenti daha sonra Çin tərəfi ABŞ-la ticarət razılaşmasına razılaşana qədər Pekinə 104% tariflər vəd edib. Bu, əks tədbirlərə səbəb olub: Çin ABŞ-a tarifləri 84%-ə qaldırıb. Öz növbəsində, Tramp Çindən gələn malların tarifini dərhal 125%-ə qaldırdığını açıqlayıb. Kanada, Meksika və Çin hökumətlərinin fentanil adlı narkotik maddənin yayılmasına qarşı mübarizədə kifayət qədər səy göstərmədiyi üçün əvvəllər tətbiq edilən 20%-lik tarifi nəzərə alsaq, hazırda Çindən gələn mallara ümumi rüsum 145%-ə bərabərdir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri