Xəyalə “Düşən pullar”da udduğu 5 mini niyə ala bilmir?
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aktrisa Xəyalə Quliyeva AzTV-nin “Düşən pullar” layihəsindən ödənişini ala bilməyib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Bəli, mən də 5000 udmuşdum, vermədilər. “Disk zədələnib, verilişi efirə verə bilmərik” dedilər. Müqavilədə də “veriliş efirə gedəndən sonra ödəniş ediləcək” qeyd olunubmuş. Qısası, efirə yalnız uduzanların çəkilişləri getdi. Qaliblərin nədənsə diskləri zədəli çıxdı”,- o bildirib.
Qeyd edək ki, aparıcılar Afaq Gəncəli və Tural Əsədov da 2023-cü ildə AzTV-də yayımlanan “Düşən Pullar” verilişində 35 000 manat uduş qazansalar da, çəkilişlərin yazıldığı diskin texniki səbəbdən zədələnməsi nəticəsində proqram efirə getməyib. Tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndinə (“buraxılış hansısa səbəbdən efirə çıxmazsa, uduş etibarsız sayılır”) əsaslanan telekanal məbləği ödəməkdən imtina edib. Məhkəməyə qədər gedən çəkişmədə aparıcılar uduzub.
Baxış sayı:84
Bu xəbər 28 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















