ABŞ maliyyə naziri donmuş Rusiya aktivlərini danışıqlarda istifadə etməyə çağırıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı ölkələri və ABŞ donmuş Rusiya aktivlərini müsadirə etməyə tələsməməlidir, çünki bu aktivlərin taleyi Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda istifadə oluna bilər.
APA xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox Business”ə verdiyi müsahibədə deyib.
“Donmuş aktivlərə gəlincə, mən hesab edirəm ki, bunlar Vladimir Putinlə aparılan danışıqların bir hissəsidir. Ona görə də düşünmürəm ki, onları indi dərhal müsadirə etmək lazımdır. Bunlar danışıqlar masasında bir fiş kimidir”, — deyə Bessent vurğulayıb.
Skott Bessent həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlar zamanı bu aktivlərin hansı hissəsinin Ukraynanın bərpasına yönələcəyi aydınlaşacaq. Maliyyə naziri Avropa liderlərini Rusiyaya iqtisadi təzyiq göstərməyə çağırıb, çünki münaqişə “onların arxa həyətində baş verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















