ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ İranın ballistik raket və PUA istehsalına dəstək verən bir sıra ölkələrdəki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə “Reuters” ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumatda bunun Vaşinqtonun Tehrana təzyiqi artırmaq cəhdlərinin növbəti mərhələsi olduğu bildirilib.
Məlumata görə sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən, müxtəlif təchizat şəbəkələrində fəaliyyət göstərən ümumilikdə 32 fiziki və hüquqi şəxsə yönəlib.
“Bu şəbəkələr ABŞ və müttəfiq qüvvələrin Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki kommersiya gəmiçiliyi üçün təhlükə yaradır”, - nazirliyin bəyanatında deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Noyabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















