Icma.az
close
up
RU
ABŞ Mərkəzi Asiya dövlətlərinə qarmaq atır

ABŞ Mərkəzi Asiya dövlətlərinə qarmaq atır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Söhbət Avrasiyadan getdikdə Tramp administrasiyası sələfinin xarici siyasətini dəyişdirmək üçün becid hərəkət edib və Rusiya ilə münasibətlərdə sürətli əriməyə kömək edən addımlarla vurğulanıb. Ancaq Bayden dövrünün bir mirası var ki, Tramp dönəminin Dövlət Departamenti onu qorumaq niyyətindədir: C5+1 formatı kimi tanınan Mərkəzi Asiyada ABŞ-nın təsirini artırmaq təşəbbüsü.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
Dövlət katibi Marko Rubio fevralın 21-də Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə söhbəti zamanı ABŞ-nın C5+1 çərçivəsinin yaradılmasında maraqlı olduğunu vurğulayıb. Dövlət Departamentinin sözçüsünə görə, Rubio “daha dinc və firavan Mərkəzi Asiyanın dəstəklənməsi üçün C5+1 diplomatik platforması da daxil olmaqla davamlı əməkdaşlığı müzakirə edib”.
ABŞ-nın Mərkəzi Asiyaya marağının əsas qüvvəsi regionun zəngin təbii ehtiyatları, o cümlədən təkcə neft və təbii qaz deyil, həm də yüksək texnologiyalı cihazlarda, təmiz enerji və müdafiə məqsədləri üçün istifadə edilən minerallar və nadir torpaqlardır. Coğrafi mülahizə də ABŞ-nın siyasət hesablamalarına təsir edə bilər: Mərkəzi Asiya dövlətləri Çinin qərb sərhədi ilə qonşudur və Trampın ikinci prezidentlik müddətinin açıqlanmış məqsədi Çinin qlobal iqtisadi təsirini məhdudlaşdırmağı ehtiva edir.
Rubio özbək vəzifədaşı ilə müzakirəsində xüsusi qeyd edib ki,“Birləşmiş Ştatlar kritik minerallara və ABŞ-nın mülki nüvə enerjisi texnologiyalarına investisiya üçün qarşılıqlı faydalı imkanları vurğulamaqdan ötrü Özbəkistanla işləməyi səbirsizliklə gözləyir”.
Saidov Özbəkistanın Birləşmiş Ştatlarla əlaqə qurmaqda həvəsli olduğunu bildirərək Rubio ilə söhbətini “səmimi və məhsuldar” adlandırıb.
O, “Telegram”da yayımladığı bəyanatda əlavə edib ki, Özbəkistan “istisnasız olaraq bütün sahələrdə” ikitərəfli əlaqələri genişləndirməyə çalışacaq və “işgüzar dairələr arasında möhkəm körpülərin qurulmasına, hər iki istiqamətdə ticarət həcminin artırılmasına və firavan inkişafın təmin edilməsinə” diqqət yetirəcək.
Özbəkistan və Qazaxıstan C5+1 kontekstində linçpərəst, yəni aparıcı dövlətlər hesab edilirlər. ABŞ-nın keçmiş dövlət katibi Con Kerri 2015-ci ildə C5+1 formatının təşəbbüskarı olub. Lakin Bayden administrasiyası 2023-cü ildə C5+1 liderlərinin prezident səviyyəsində ilk sammitini çağırmaqla çərçivənin statusunu əhəmiyyətli dərəcədə yüksəldib.
Növbəti il Bayden administrasiyası xüsusi olaraq B5+1 ticarəti və investisiyaların təşviqi adı ilə bağlı təşəbbüs irəli sürüb.
Rubio-Saidov müzakirəsi göstərib ki, Birləşmiş Ştatlar Özbəkistanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olmaq cəhdlərini dəstəkləməyə sadiq qalacaq. Trampın Ağ evə qayıtmasından əvvəl iki ölkə dekabr ayında bazara qarşılıqlı çıxışı genişləndirmək barədə saziş imzalayıb. O zaman ABŞ rəsmiləri Özbəkistan hökumətinin ölkə iqtisadiyyatının açılmasında “əhəmiyyətli irəliləyiş” əldə etdiyini alqışladılar.
Fevralın 21-də keçirilən danışıqlarda da Özbəkistanın qeyri-qanuni özbək miqrantların repatriasiyası məsələsində ABŞ-la birgə çalışacağı təsdiqlənib. Rubio Özbəkistanın “qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığına” görə Səidova təşəkkür edib. Özbəkistan KİV-i xəbər verir ki, deportasiya edilmiş 7 özbək fevralın 24-də Daşkəndə gəlib.
Yeri gəlmişkən, Özbəkistan Əfqanıstanda “Taliban” hökumətini cəlb etmək üçün regional səylərdə liderlik edir. Daşkənd ümid edir ki, Əfqanıstanı Mərkəzi Asiya ilə daha sıx ticarət orbitinə çəkməklə, Özbəkistan rəsmiləri və onların digər regional dövlətlərdən olan həmkarları regional narahatlıq doğuran məsələlərdə, xüsusən də Əfqanıstanın Qoş Təpə kanalının tikintisi ilə bağlı Mərkəzi Asiyanın onsuz da incə su ehtiyatları balansını poza biləcək layihə üzrə “Taliban”la danışıq rıçaqlarını artıra bilərlər.
Fevralın 22-də “Taliban”ın yüksək səviyyəli nümayəndə heyəti Daşkənddə ticarət danışıqları aparıb, nəticədə dəmir yolunun təkmilləşdirilməsi, Özbəkistan-Əfqanıstan sərhədində azad ticarət zonasının yaradılması, kənd təsərrüfatı ixracının tənzimlənməsinin ləğvi, mədənçıxarma, neft və qazın inkişafı və elektrik ötürücü xətti layihəsini əhatə edən razılaşmalar əldə olunub.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri