Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

ABŞ Mərkəzi Asiya münasibətlərində yeni mərhələ

ABŞ Mərkəzi Asiya münasibətlərində yeni mərhələ

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“İqtisadi güc” meyarı ilə özünü təsdiqləyən Azərbaycan

XXI əsrin qlobal siyasətində Mərkəzi Asiya enerji və xammal bazası olmaqla yanaşı, həm də böyük güclərin strateji təsir dairələrini müəyyənləşdirən mərkəzi geoiqtisadi sahəyə çevrilib. Regionda baş verən proseslər dünya ticarət zəncirlərinin, enerji təhlükəsizliyinin və texnoloji transformasiyanın istiqamətinə təsir göstərir. Donald Trampın liderliyi ilə Vaşinqtonun bu regiona baxışı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Əgər 2000-ci illərin əvvəllərində ABŞ-ın Mərkəzi Asiyaya yanaşması əsasən təhlükəsizlik və antiterror aspektləri ilə müəyyən edilirdisə, 2020-ci illərin ortalarında prioritet “iqtisadi realizm”, yəni resurs, logistika və texnologiya əsaslı diplomatiya xətti ilə əvəzlənib.

Tramp administrasiyası üçün Mərkəzi Asiya indi geosiyasi rəqabətin deyil, iqtisadi hegemonluğun meydanıdır. Vaşinqtonun “C5+1” formatında keçirməyə hazırlaşdığı sammit bu strategiyanın konkret təzahürüdür. ABŞ bu platformanı daha çox resurs bazarlarına çıxış, kritik mineralların təhlükəsiz tədarükü və Çin–Rusiya tandeminin təsirinin məhdudlaşdırılması üçün koordinasiya alətinə çevirir. Bununla da “C5+1” “demokratik tərəfdaşlıq” dialoqundan çıxaraq, faktiki “strateji resurs diplomatiyası”na transformasiya olunur.

Kritik minerallar – litium, kobalt, volfram, nadir torpaq elementləri – bu yeni siyasətin mərkəzində dayanır. ABŞ üçün bu resurslar yalnız sənaye istehsalının deyil, həm də milli təhlükəsizliyin təminatıdır. Çin hazırda bu mineralların hasilatı və emalı zəncirinin 70 faizinə nəzarət edir və bu fakt ABŞ-ı alternativ tədarük marşrutları axtarmağa vadar edir. Mərkəzi Asiya bu baxımdan, həm resurs potensialına, həm də siyasi sabitliyə görə cəlbedici məkan sayılır. Tramp administrasiyasının Qazaxıstan və Özbəkistanla yeni müqavilələrə can atması, eləcə də ABŞ korporasiyalarının regionda xammal yataqları ilə maraqlanması bu siyasətin praktik ifadəsidir.

Məhz bu kontekstdə Azərbaycan mühüm strateji bənd kimi ön plana çıxır. Bakı resursların Qərb bazarlarına çıxışı üçün ən real logistik kanalı təşkil edir. Orta Dəhliz, yəni Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan xətt ABŞ üçün həm iqtisadi, həm də geosiyasi baxımdan Çin–Rusiya marşrutlarına alternativdir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı və Trans-Xəzər ticarət koridoru bu məqsədlə Qərb tərəfindən dəstəklənən əsas infrastruktur elementləridir. Vaşinqtonun Orta Dəhliz təşəbbüsü faktiki olaraq, Azərbaycanın regional rolu ilə sinxronlaşdırılmış şəkildə formalaşır.

Bakı artıq uzun illərdir “enerji diplomatiyasını” “resurs diplomatiyası” ilə birləşdirərək çoxtərəfli əməkdaşlıq mərkəzinə çevrilib. Cənub Qaz Dəhlizi layihəsi ilə Qərb bazarlarının enerji təchizatında sabitliyi təmin edən Azərbaycan indi eyni modeli logistik və texnoloji sferaya da tətbiq edir. ABŞ üçün Bakı həm etibarlı tranzit tərəfdaşı, həm də Rusiya və Çinlə balanslı münasibətlər saxlayan siyasi vasitəçidir. Bütün bunlar Tramp administrasiyasının diplomatik manevrləri öz iqtisadi və siyasi təsir zonasında həyata keçirmək strategiyasına tam uyğun gəlir.

Regionda baş verən proseslər fonunda “C5+1” sammiti həm də ABŞ üçün qlobal təchizat zəncirlərinin yenidən qurulması baxımından kritik əhəmiyyət daşıyır. Məhz bu zirvə vasitəsilə Vaşinqton bir tərəfdən, Çinə iqtisadi alternativ formalaşdırmaq, digər tərəfdən isə Rusiya ilə Mərkəzi Asiya arasındakı enerji və ticarət asılılığını azaltmaq niyyətindədir. Qazaxıstanın “Jackson-Vanik” (ABŞ-ın 1974-cü ildə qəbul etdiyi Ticarət Aktına edilən düzəlişdir və uzun illər ərzində Vaşinqtonun bir sıra postsovet və sosialist ölkələri ilə iqtisadi əlaqələrinə siyasi məhdudiyyətlər qoyan əsas mexanizmlərdən biri olmuşdur) məhdudiyyətlərinin ləğvi tələbi ABŞ-ın regiona texnologiya transferini sürətləndirmək istəyi və nadir torpaq elementləri üzrə investisiya razılaşmaları bu məqsədlərin reallaşdırılması istiqamətində əsas addımlardır.

Azərbaycan bu geoiqtisadi mozaikada həm resursların hərəkətini təmin edən tranzit ölkə, həm də siyasi koordinasiya mərkəzi kimi çıxış edir. Bakı üçün bu addım regional nüfuzun və diplomatik çevikliyin dərinləşdirilməsidir. Azərbaycan artıq enerji sahəsində qazandığı etimadı nəqliyyat və texnologiya əməkdaşlığına da ötürür.

Tarixi perspektivdə bu əlaqələrin başlanğıcı 2001-ci ildən sonra formalaşan “antiterror diplomatiyası”na gedib çıxır. 11 sentyabr hadisələrindən sonra ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqaz siyasəti təkcə təhlükəsizlik baxımından deyil, həm də enerji və tranzit sabitliyi prizmasında yenidən quruldu. Azərbaycan o zaman Əfqanıstan əməliyyatları üçün “Şimal Paylama Şəbəkəsi”nin əsas halqası kimi Vaşinqtona mühüm dəstək verdi. Bu təcrübə Bakının ABŞ üçün etibarlı tərəfdaş statusunu möhkəmləndirdi və gələcək enerji və nəqliyyat əməkdaşlığının təməlini qoydu.

Həmin dövrdə ABŞ-ın antiterror konsepsiyası ilə enerji təhlükəsizliyi bir-birini tamamlayan iki istiqamətə çevrildi. Vaşinqton üçün Xəzər regionu həm strateji təchizat xətti, həm də təhlükəsizlik tamponu rolunu oynadı. Belə siyasət nəticəsində Azərbaycan Qərb kapitalı və texnologiyasının regiona inteqrasiyası üçün sabit hüquqi mühit yaratdı. 2010-cu illərdən etibarən ABŞ şirkətləri Xəzər hövzəsində daha aktiv mövqelər tutmağa başladı, xüsusilə də Qazaxıstan və Türkmənistan resurslarının Qərbə çıxışı üçün Azərbaycan ərazisindən istifadə məsələsi aktuallaşdı. Diplomatik xəttin iqtisadi dayağını “tarif diplomatiyası” təşkil edir. Tramp administrasiyası dövründə ABŞ-ın Çinlə apardığı ticarət müharibəsi göstərdi ki, tariflər artıq sırf iqtisadi alət deyil, geosiyasi balans mexanizmidir. Çin mallarına qarşı tətbiq olunan tariflər qlobal istehsal zəncirini dəyişdirdi və ABŞ-ı yeni istehsal və ticarət mərkəzləri axtarmağa məcbur etdi. Cənubi Qafqaz bu baxımdan təbii alternativ kimi meydana çıxdı. Azərbaycan tranzit marşrutlarında tətbiq etdiyi çevik və balanslı tarif siyasəti ilə ABŞ və Qərb şirkətləri üçün regionda ən səmərəli keçid nöqtəsinə çevrildi.

Azərbaycanın bu siyasəti həm də strateji məna daşıyır. Bakı tarif və tranzit siyasətində rəqabətədavamlı mexanizmlər qurmaqla Orta Dəhlizi regionun əsas nəqliyyat arteriyasına çevirib. Eyni zamanda, bu amil ABŞ-ın “Enerji dominantlığı” doktrinasına da uyğundur – enerji hegemonluğu təkcə hasilatla deyil, həm də etibarlı marşrutlarla təmin olunur. Azərbaycan bu mənada Vaşinqtonun Xəzər regionundakı əsas geoiqtisadi dayağı rolunu oynayır. Deməli, Bakı Vaşinqtonun regional siyasətində sabitləşdirici faktor kimi qalır. Azərbaycanın çoxtərəfli diplomatiyası Rusiya və Çinlə açıq qarşıdurmadan yayınmaqla ABŞ-ın təşəbbüslərinə balanslı dəstək göstərməyə imkan verir ki, bu da Azərbaycanın xarici siyasət fəlsəfəsində formalaşan “praqmatik çoxtərəflilik” modelinin real tətbiqidir.

Nəticə etibarilə, ABŞ-ın Mərkəzi Asiyaya çıxışı indi böyük ölçüdə Azərbaycan üzərindən formalaşır. Bakı enerji, logistika və təhlükəsizlik sahələrində Vaşinqtonun Avrasiya strategiyasının dayaq nöqtəsinə çevrilib. Tramp administrasiyası üçün Azərbaycan Avrasiya siyasətinin intellektual və diplomatik koordinasiya mərkəzidir. Azərbaycanın bu rolu həm regional sabitliyə, həm də Qərbin Avrasiya siyasətinin uzunmüddətli dayanıqlığına real töhfə verir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri