Icma.az
close
up
RU
Bəzi Mərkəzi Asiya dövlətlərinə anlayışla yanaşmaq lazımdır Fərid Şəfiyev

Bəzi Mərkəzi Asiya dövlətlərinə anlayışla yanaşmaq lazımdır Fərid Şəfiyev

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Son günlər həm Azərbaycanda, həm də Türkiyədə bir sıra Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı (Aİ) ilə imzaladığı əməkdaşlıq bəyannaməsi və Şimali Kiprə münasibətdə atılan bəzi addımlarla bağlı qızğın və mütəmadi emosional müzakirələr aparılır".

525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin mövzu ilə bağlı şərhində deyilir.

“Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı (TDT) bu günə qədər yüksək səviyyəli görüşlərdən tutmuş beynəlxalq təşkilatın yaradılmasına qədər uzun yol keçib. Bu, mühüm təkamüldür. Xüsusilə TDT üzvlərinin içində olduğu mürəkkəb geosiyasi mühiti nəzərə alsaq, bu yolda hələ də öhdəsindən gəlinməli çox sayda problemlər mövcuddur.

Bu baxımdan, əldə edilmiş mühüm irəliləyişləri, hazırda təşkilata üzv ölkələrin müxtəlif şəhərlərində fəaliyyət göstərən TDT institutlarının yaradılmasını qeyd etmək lazımdır”, - F.Şəfiyev vurğulayıb.

Əlavə edib ki, TDT-nin hər hansı ölkə və ya bloka qarşı yönəlmədiyinə baxmayaraq, onun inkişafı bəzi regional oyunçuların narahatlığına səbəb olur:

“Xatırlatmaq yerinə düşər ki, ötən illər ərzində TDT Türkiyənin Suriyadakı antiterror əməliyyatları, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Şuşa bəyannaməsi və bir çox başqa məsələlərdə dəfələrlə dəstək ifadə edib. Təşkilat çərçivəsində iqtisadi, siyasi, humanitar və hərbi əlaqələr inkişaf edir. Lakin bununla yanaşı, ölkələrin hələ 100% eyni gündəliyə sahib ola bilməyəcəyini nəzərə almaq lazımdır.  Azərbaycan və Türkiyənin mövqeləri maksimum yaxınlıq dərəcəsində olmasına və bu əlaqələrin getdikcə genişlənməsinə baxmayaraq, hər iki ölkənin gündəliyi 100 % üst-üstə düşmür.

Eyni şəkildə, Mərkəzi Asiyanın ölkələri arasında bəzi fikir müxtəliflikləri mövcuddur. Ümumən hədəflər idealist olsa belə, yol realist yanaşmadan keçir. Məsələn, Yaxın Şərqdə və Asiyada olan bəzi etnik problemlərə və münaqişələrə yanaşmalar fərqlidir və bu, realist nöqteyi-nəzərdən anlaşılandır”.

BMTM-nin rəhbəri söyləyib ki, hal-hazırda azad olunmuş Qarabağda Azərbaycana yardım edən ölkələr TDT-nin üzvləridir və təhsil müəssisələri inşa ediblər:

“Təbii ki, bir sıra Mərkəzi Asiya ölkələrinin atdığı bəzi addımlar təəssüf doğurur, amma burada emosiyalara qapılmaq lazım deyil. Təmkin nümayiş etdirmək və uzunmüddətli iş aparmaq lazımdır. Beynəlxalq hüquq məsələsi, Təhlükəsizlik Şurasının qətnamələri, sərhədlər - bunların hamısı həssas məsələlərdir. Mərkəzi Asiya ölkələrinin torpaqlarına da bəzi ərazi iddiaları mövcuddur”.

O vurğulaylb ki, Azərbaycan qlobal və regional aktorların təsirini məhdudlaşdıraraq öz müstəqilliyini möhkəmləndirməkdə mühüm irəliləyiş əldə edib, lakin buna nail olmaq üçün uzun yol gedib. Azərbaycan Respublikasının Prezidenti aprelin 9-da ADA və BMTM-in təşkil etdiyi konfransda çıxışı zamanı bir çox əsas məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoydu.

“Mərkəzi Asiyada vəziyyət mürəkkəbdir, bununla belə inteqrasiya prosesi stabil qaydada davam edir. Bu səbəbdən, çətin geosiyasi şərtlərdə fəaliyyət göstərməli olan bəzi Mərkəzi Asiya dövlətlərinə anlayışla yanaşmaq lazımdır. Zənnimcə, Türkiyədə də bunu anlamalıdırlar.

Ötən həftə Antalya Diplomatiya Forumunda türkiyəli həmkarlarımla təmaslarım onu ​​deməyə əsas verir ki, onlar vəziyyətin mürəkkəbliyini anlayırlar. Yeri gəlmişkən qeyd edim ki, Türkiyədə türk birliyi mövzusu bəzən kənardan - həm Qərbdən, həm də Şərqdən maliyyə alan qüvvələr tərəfindən qaralama kampaniyası ilə üzləşir. Hətta bir sıra hallarda, məsələn, Yaxın Şərq və Ermənistanla sərhədin açılması məsələləri ilə bağlı Azərbaycan bəzi şərhçilərin hücum hədəfinə çevrilir. Ona görə də burada müvafiq fəaliyyəti davam etdirmək lazımdır. Bundan başqa, Azərbaycanda da ictimai, media və elm sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyəti, daha dəqiq desək, əks-təbliğata qarşı mübarizə gücləndirilməlidir.

Bununla yanaşı, TDT-nin institusional inkişafı davam etdirilməlidir. Hazırda hətta Avropa İttifaqında yanaşmalar fərqlidir və qurum zaman-zaman müxtəlif böhranlarla üzləşib, məsələn bir üzvünün – Birləşmiş Krallığın Aİ-ni tərk etməsi kimi. Ümumən isə dünyada yeni nizamın formalaşmasının şahidiyik”, - BMTM-nin sədri əlavə edib.  

Onun sözlərinə görə, Azərbaycan üçün prioritetlər aydındır və istənilən böhranlı məsələni keçmişdə həll etməyə nail olub. Bundan sonra da diplomatik müstəvidə, o cümlədən Türkiyə ilə birlikdə çağırışların həll edilməsi gündəliyimizin vacib məsələsi olacaq. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri