Icma.az
close
up
RU
ABŞ Mərkəzi Asiyada mövqelərini Qazaxıstan üzərindən gücləndirir ŞƏRH

ABŞ Mərkəzi Asiyada mövqelərini Qazaxıstan üzərindən gücləndirir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İlqar Vəlizadə: "Qazaxıstanın regional çəkisi ABŞ-la əməkdaşlıq sayəsində artacaq"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampdan məktub alıb.

Akordanın mətbuat xidmətinin məlumatına görə, Amerika lideri fevral ayında Vaşinqtonda Sülh Şurasının ilk iclasında Qazaxıstan Prezidenti ilə görüşünü xatırladıb.

Donald Tramp Kasım-Jomart Tokayevin bu ilin sonlarında Mayamidə keçiriləcək Sülh Şurasının növbəti iclası və G20 sammitində iştirak edəcəyini gözlədiyini bildirib.

ABŞ- Qazaxıstan əlaqələrini dəyərləndirən siyasi ekspertlər qeyd edib ki, Trampın Mərkəzi Asiya ilə bağlı siyasəti tamamilə praqmatik xarakter daşıyır. ABŞ üçün strateji əhəmiyyət daşıyan faydalı qazıntıların demək olar yarısı Qazaxıstanda yerləşir. Qazaxıstan uran ehtiyatları ilə yanaşı, nadir torpaq elementləri baxımından da zəngindir; bu elementlər smartfonlar, elektrik avtomobilləri, külək turbinləri və digər yüksək texnologiyalı məhsulların istehsalında geniş istifadə olunur. Qazaxıstan isə ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin bölgədəki inhisarını zəiflətməyə çalışır. Bölgədə verilən iri kreditlər həmin ölkələrin borc yükünü artırıb və Pekinin təsir imkanlarını genişləndirib. Mərkəzi Asiya ölkələri bunun təhlükəsizliklərinə risk yaratdığını anlayır və ABŞ ilə əməkdaşlığı gücləndirməklə Çin və Rusiya ilə münasibətlərində balans yaratmağa çalışır.

Politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, son illərdə Qazaxıstan və ABŞ arasında intensiv təmaslar qurulub və bu əməkdaşlıq müxtəlif sahələrdə özünü aydın göstərir. İ. Vəliadənin sözlərinə görə, həm iqtisadi əlaqələr, həm də siyasi dialoqlar möhkəmlənməkdədir. Qazaxıstan Sülh Şurasının fəal üzvlərindən biri olaraq, regionda sabitlik və tərəfdaşlıq prinsiplərinə önəm verir:

“Donald Trampın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ünvanladığı məktub, iki ölkə arasında dialoqun inkişaf etdiyinin və qarşılıqlı marağın göstəricisidir. Hər iki tərəf əməkdaşlığın mövcud nailiyyətləri ilə kifayətlənmək əvəzinə, onu daha da genişləndirməyə çalışır. Geosiyasi vəziyyət çox mürəkkəbdir. Hər iki dövlət öz maraqlarını təmin etmək üçün konkret səylər göstərir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətləri gücləndirmir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiyada mövqelərini möhkəmləndirir. ABŞ-la sıx əlaqələrin qurulması isə Qazaxıstanın regional və qlobal geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri