Icma.az
close
up
RU
Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir ŞƏRH

Bakı Mərkəzi Asiyada qərarverici gücə çevrilir ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Tural İsmayılov: “Yeni mərhələ qarşılıqlı güclənmə modelidir”

Azərbaycanın regional və beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə güclənib. Ölkəmiz yalnız regional prosesləri müşahidə edən tərəf deyil, strateji qərarların formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir. 

Mərkəzi Asiya artıq yalnız beş ölkə ilə məhdudlaşmır. Azərbaycan da bu əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür. Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən dövlət, hökumət, nazirlik və ictimai təşkilatlar səviyyəsindəki bütün görüşlərdə fəal iştirak edəcək. Bu, Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini inkar etmir. Əksinə, ölkəmiz burada da fəaliyyətini davam etdirərək Mərkəzi Asiya istiqamətində əməkdaşlığını genişləndirir.

Azərbaycanın artan regional çəkisi və Mərkəzi Asiya ilə inteqrasiyası, həm ölkəmizin, həm də regionun qarşılıqlı güclənməsi üzərində qurulan əməkdaşlıq modelini möhkəmləndirir.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bu platformanın bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırdığını söyləyib:

"Bu hadisə, regionda Azərbaycanın nüfuzunun rəsmən tanınmasıdır. Həmin platforma bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırır. Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının sözü artıq sadəcə “tərəf mövqeyi” yox, “qərar mövqeyi” sayılacaq. Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıq daha çevik və daha sistemli formaya keçir. Çünki qərarlar kollektiv şəkildə, Azərbaycanın iştirakı ilə formalaşacaq. Bu həm ticarət əlaqələrimizi, həm də investisiya imkanlarımızı artıracaq. Regionla təhlükəsizlik koordinasiyasında iştirakımız sərhəd, informasiya və enerji təhlükəsizliyi baxımından daha güclü mexanizmlər yaradır. Məşvərət Görüşü Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha rahat çıxış, həmin ölkələr üçün isə Bakı vasitəsilə Qərbə inteqrasiyada yeni imkanlar açır. Bu üzvlük bizi həm iqtisadi, həm siyasi, həm də ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir". 

Politoloq Azərbaycanın artan regional çəkisinin Mərkəzi Asiya üçün ciddi üstünlük olduğunu bildirib:

"Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktordur. Yeni mərhələ, Azərbaycanın da, Mərkəzi Asiyanın da qarşılıqlı güclənməsi üzərində qurulan praqmatik əməkdaşlıq modelinə çevrilir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri