Icma.az
close
up
RU
ABŞ Mərkəzi Asiyada yeni oyun qurur ŞƏRH

ABŞ Mərkəzi Asiyada yeni oyun qurur ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Çin təsirini itirir

 Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan liderləri arasında noyabrın 6-da Vaşinqtonda "Mərkəzi Asiya-ABŞ" (C5+1) formatlı sammit keçiriləcək. Bu, "C5+1" formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-nin ozamankı Prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu. Görüşdən öncə ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor və dövlət katibinin müavini Kristofer Landau Mərkəzi Asiyaya səfər ediblər. 


Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında bildirib ki, Mərkəzi Asiya uzun müddət Rusiya və Çinin maraq dairəsində olub. Ekspertin fikrincə, hazırda Rusiyanın başı Ukraynaya qarışdığı üçün bölgəyə əvvəlki qədər diqqət ayıra bilmir:


"Bu boşluğu doldurmaq üçün Avropa Birliyi müəyyən həmlələr etsə də, yetərli deyil. Bölgə ölkələri son zamanlar iqtisadiyyatlarının canlandırılması istiqamətində fəal iş aparırlar. Bunun üçün isə güclü xarici dəstək şərtdir. ABŞ Mərkəzi Asiya ölkələrinə investisiya qoymaqla bölgədə iqtisadi varlığını təmin etmək, daha sonra bundan siyasi məqsədlər üçün istifadə etməyi hədəfləyir. Rusiya sovet ittifaqı dağıldıqdan dərhal sonra Mərkəzi Asiyada özünün siyasi və hərbi üstünlüyünü təmin etdi. Region ölkələri Rusiyanın nəzarətində olan qurumların üzvüdür. Çin isə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Mərkəzi Asiyaya milyardlarla dollar sərmayə qoyur. ABŞ region ölkələrini tam olaraq Moskva və Pekinə tabe vəziyyətdən çıxarmaq istəyir. ABŞ-nin birinci hədəfi müəyyən strateji müqavilələrlə bu ölkələri Rusiyanın təsirindən çıxarmaq, daha sonra isə burada Çinə qarşı iqtisadi mübarizə aparmaqdır". 


Analitikin sözlərinə görə, Vaşinqtonun daha bir niyyəti isə bölgədəki mineral ehtiyatları ələ keçirməkdir: 

"Mərkəzi Asiyada litium, uran, nadir torpaq elementləri, mis, volfram kimi mineral materiallar var. Xüsusilə Qazaxıstan və Özbəkistanda bu mineralların zəngin yataqları mövcuddur. ABŞ Rusiya və Çinin bu məsələdə dominant rolunu sıradan çıxarmağa çalışır. Bu, Qərb şirkətlərinin Mərkəzi Asiya regionunda milyardlıq layihələrə imza atması deməkdir. Eyni zamanda, ABŞ Mərkəzi Asiyada əldə etdiyi mineral ehtiyatlarla yaşıl enerji və yüksək texnologiyalar - batareyalar və mikroçiplər üçün xammal təminatını şaxələndirmək istəyir. Son zamanlarda ABŞ texnoloji məhsullar ixrac edərək Mərkəzi Asiya bazarlarına daxil olmağa başlayıb. Görünən budur ki, ABŞ-Rusiya-Çin rəqabətinin yeni mərkəzi Mərkəzi Asiyadır".


İsmayıl 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri