ABŞ mətbuatı Rusiya və Ukrayna arasında sülhə mane olan beş əsas amili açıqladı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
0:00
/
1:49
x1
Ukrayna münaqişəsinin nizamlanması istiqamətində əsas fikir ayrılıqlarından biri və ya bir neçəsi sülh sazişinə mane ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal (WSJ)" məlumat yayıb.
Nəşr fikir ayrılığı doğuran məqamlara aydınlıq gətirib. Bunlar ərazi məsələləri, Ukraynanın NATO-ya qəbulu, Ukrayna Silahlı Qüvvələrinin sayı, Ukraynada rus dilinin statusu, Zaporojetsk Atom Elektrik Stansiyasına (ZAES) nəzarətdir.
Ərazi məsələsində Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının tərəfdarıdır və ABŞ da Kiyevdən eynisini gözləyir. Bununla belə, Kiyev rejimi hazırda hər hansı güzəştdən imtina edir. Ukrayna həmçinin, Vladimir Zelenskinin Vaşinqtonun ölkənin NATO-ya qoşulmasına icazə vermək istəmədiyini və ona mane olduğunu etiraf etsə də, mövqeyindən geri çəkilmir. Ukrayna Silahlı Qüvvələrinin dinc dövrdəki sayı ilə də bağlı qeyri-müəyyənlik var. ABŞ-nin təklif etdiyi sülh planının ilkin variantında 600 000 hərbçi nəzərdə tutulurdu, lakin Kiyev və Avropa liderləri sayın 800 minədək artırılmasında israrlıdırlar. "Wall Street Journal" yazır ki, nə Amerika, nə də Rusiya tərəfi hələlik Ukraynanın tələbinə münasibət bildirib.
Digər mübahisəli məqam isə Ukraynada rus dilinin statusu ilə bağlıdır. Rusiya hesab edir ki, Kiyev hakimiyyəti ona rəsmi status verməlidir, bu müddəa ABŞ-nin sülh planının ilkin variantında da yer alıb. Ukrayna rəhbərliyi isə ölkədə rus dilinə, rusdilli mediaya və rus mədəni irsinə qarşı ayrı-seçkilik siyasətinə son qoymaq istəyini təsdiqləməyib.
Ukrayna nizamlanmasında son maneə Zaporojetsk Atom Elektrik Stansiyasına nəzarət məsələsidir, çünki rəsmi Kiyev ABŞ-nin Moskva və Kiyev arasında nəzarətin bölüşdürülməsi təklifini "ədalətsiz" hesab edir. Qəzet xatırladır ki, Zelenski ZAES-in demilitarizasiyası və onun təmirinin maliyyələşdirilməsi mexanizmlərinin işlənib hazırlanmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 20 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















