Icma.az
close
up
RU
Rusiya ilə Ukrayna arasında sülhə əsas maneələr AÇIQLANDI

Rusiya ilə Ukrayna arasında sülhə əsas maneələr AÇIQLANDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar dalana dirənib. Moskva ərazi güzəştləri tələb edir, Kiyev isə Donbasın qalan hissəsini təhvil verməkdən imtina edir və təhlükəsizlik təminatları istəyir.

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalının təhlilində bildirilir.

Məlumata görə, hazırda sülh prosesi iki istiqamətdə davam edir. Ukrayna və Avropa müttəfiqləri ABŞ Prezidenti Donald Trampın qəbul edə biləcəyi razılaşma variantı üzərində işləyir. Rusiya isə Vaşinqtonla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edərək münasibətləri möhkəmləndirməyə çalışır. Bu fonda Moskva cəbhədə hücumlarını da davam etdirir.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner hər iki tərəfin nümayəndələri ilə təmasları davam etdirirlər.

Moskvanın əsas tələbi Donbasdır

Sülhə mane olan əsas məsələlərdən biri Kremlin ərazi tələbləridir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbasın Kiyevin nəzarətində qalan hissəsini döyüşlər davam etmədən Rusiyaya verməsini istəyir.

Moskva həmçinin Ukraynanın demilitarizasiyasını, NATO-ya üzvlükdən imtina etməsini və Kiyevdə hakimiyyət dəyişikliyini tələb edir. Ekspertlər bu tələblərin mövcud müharibə şəraitində həyata keçirilməsinin çətin və ya faktiki olaraq mümkünsüz olduğunu vurğulayır.

Ukrayna isə ərazi güzəştlərini sülhə aparan məqbul yol hesab etmir. Kiyevin mövqeyinə görə, Donetsk vilayətinin nəzarətində qalan hissəsi ölkənin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

ABŞ-ın dövlət katibi Marko Rubio da bu ərazilərin əhəmiyyətinə diqqət çəkib. O, "Breitbart News" nəşrinə müsahibəsində Rusiyanın Donetsk vilayətinin təxminən 89 faizinə nəzarət etdiyini, qalan 11 faizin isə Ukraynanın əlində olduğunu bildirib.

Rubionun sözlərinə görə, Ukrayna hərbi strateqləri nəzarətində qalan əraziləri son müdafiə xətti kimi qiymətləndirirlər. Bu mövqedən geri çəkilməyin Kiyevin müdafiəsi üçün ciddi nəticələrə səbəb ola biləcəyi bildirilir.

Trampın siyasəti danışıqlara necə təsir edir?

Son həftələr ABŞ administrasiyasının bir sıra qərarları Moskvanın maraqlarına uyğun nəticələr yarada bilər. Bunlara Rusiya dizel yanacağı ilə bağlı addımlar, enerji infrastrukturlarına hücumların müvəqqəti dayandırılması, “Starlink” peyk rabitəsi və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı məsələlər daxildir.

Bundan başqa, Ukraynaya ABŞ istehsalı olan raket əleyhinə vasitələrin tədarükündə gecikmələr yaşandığı, Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən getməyə çağırdığı bildirilir.

Müşahidələrə görə, Vaşinqtonun Ukraynaya maliyyə dəstəyi son aylarda əhəmiyyətli dərəcədə azalıb. Hərbi yardımın maliyyələşdirilməsi yükü getdikcə daha çox Avropa ölkələrinin üzərinə düşür.

Bununla belə, ABŞ-la Ukrayna arasında əlaqələr tam kəsilməyib. Zelenski Norveçdə keçirilən görüşlərdən sonra ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri və “Starlink” rabitəsi ilə bağlı müsbət cavab gözlədiyini bildirib. O, Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsinin bərpa edilməsinə görə də təşəkkür edib.

Bu arada, Uitkoff Rusiya səfər edib. Onun Putinlə görüşdə hansı təklifləri təqdim edəcəyi isə hələlik məlum deyil.

ABŞ-da daxili siyasi hesablamalar da rol oynayır

Ekspertlərə görə, Trampın Rusiya və Ukrayna ilə bağlı addımlarında ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsindəki daxili siyasi hesablamalar da rol oynaya bilər.

ABŞ-da bəzi siyasətçilər Trampın Rusiya siyasətindən məsafə saxlamağa çalışır. Eyni zamanda, qəbul edilən bəzi qərarların praktik nəticələrinin məhdud olması ehtimalı var.

Məsələn, Rusiya dizel yanacağı ilə bağlı razılaşmaların ABŞ-da benzinin qiymətini qısa müddətdə aşağı salacağı şübhə doğurur. Avropanın məhdudlaşdırıcı tədbirləri isə Rusiyanın bu sahədə əldə edə biləcəyi maliyyə üstünlüklərini azalda bilər.

Ukrayna tərəfi də Vaşinqtonla münasibətlərində yanaşmasını dəyişməyə çalışır. Kiyev ABŞ Prezidentinə siyasi güzəştlər etməklə dəstəyin qorunacağına əvvəlki qədər arxalanmır və daha müstəqil fəaliyyət göstərməli ola biləcəyi ssenariyə hazırlaşır.

Bununla belə, tərəflər arasında dialoq davam edir. Oktyabrın 20-də Osloda Zelenski ilə ABŞ nümayəndələri arasında müharibənin başa çatdırılması məsələsi müzakirə olunub. Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları və Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi perspektivi də nəzərdən keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri