Tusk Rusiya, Ukrayna və ABŞ arasında danışıqların tarixini açıqladı
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya, Ukrayna və ABŞ arasında gözlənilən üçtərəfli danışıqların noyabrın 4-də keçirilməsi mümkündür.
"Bakupost" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.
Tuskun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi gözlənilən görüşü ilkin olaraq noyabrın 4-nə planlaşdırılıb.
Xatırladaq ki, oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya, ABŞ və Ukrayna formatında təmasları bərpa etməyə hazır olduğunu bəyan edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da böhranın nizamlanması istiqamətində Moskva, Kiyev və Vaşinqton arasında növbəti müzakirə mərhələsinin Əbu-Dabidə keçirilə biləcəyini bildirib. O, görüşün noyabrın ilk ongünlüyündə təşkil oluna biləcəyini də qeyd edib.
Daha əvvəl Kreml sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqların bərpası barədə qərar döyüş əməliyyatlarının dayandırılması demək deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Oktyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















