ABŞ mətbuatından Əhmədinejadla bağlı SENSASİON İDDİA
Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ-ın "The New York Times" qəzeti İsrailin xarici kəşfiyyat xidməti Mossadın İranın sabiq prezidenti Mahmud Əhmədinejadı ölkədə mümkün hakimiyyət dəyişikliyindən sonra yeni lider kimi hazırlamağa çalışdığı barədə iddia irəli sürüb.
Sherg.az xəbər verir ki, nəşrin məlumatına görə, Mossadın Əhmədinejadla təmasları 2023-cü ildən başlayıb. İddiaya əsasən, 2024 və 2025-ci illərdə Budapeştdə keçirilən konfranslar zamanı israilli kəşfiyyatçılarla gizli görüşlər baş tutub.
Məqalədə bildirilir ki, İsrail mümkün keçid hökumətində Əhmədinejadın rolunu nəzərdən keçirib, onun xarici səfərlərinin və bəzi xərclərinin maliyyələşdirilməsində də iştirak edib. Həmçinin iddia olunur ki, 2026-cı ilin fevralında Əhmədinejad Mossad tərəfindən təhlükəsiz bir ünvana aparılıb, lakin sonradan həmin yeri tərk edib və daha sonra İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən ev dustaqlığına alınıb.
Qeyd olunur ki, İsrail rəsmiləri yayılan iddiaları şərh etməyib, Mahmud Əhmədinejadın nümayəndəsi də məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Nəşr vurğulayır ki, məlumatlar adları açıqlanmayan ABŞ, İsrail və İran rəsmilərinin iddialarına əsaslanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 İyul 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















