Icma.az
close
up
RU
ABŞ məzunu rayon məktəbində ingilis dilini tədris edir

ABŞ məzunu rayon məktəbində ingilis dilini tədris edir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir təhsil sistemi yalnız bilik verməklə kifayətlənmir, həm də şagirdlərin bacarıq və potensialını üzə çıxarmağı hədəfləyir. Mingeçevir şəhəri 16 nömrəli məktəbin ingilis dili müəllimi Dürdanə Kərimova da bu məqsədi həyata keçirmək üçün çalışır. Gənc müəllim şagirdlərini tədris proqramına uyğun hazırlamaqla yanaşı, onları yeni dünya sisteminin tələblərinə cavab verən bacarıqlı fərdlər kimi yetişdirməyə çalışır.

Modern.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, Dürdanə Kərimova pedaqoji fəaliyyətinə Ağdaş rayonunun Şıxlı kənd tam orta məktəbində başlayıb. Müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərən bu gənc həm də Gənc Xarici Dil Müəllimlər Birliyinin Mingeçevir şəhəri üzrə koordinatorudur.

“Başqa rayonda işləmək, hər gün iki-üç avtobus dəyişməklə 3 saatlıq yol qət etmək asan deyil. Lakin peşəmə olan sevgim çətinliklərin öhdəsindən gəlməyimə dəstək olur” deyən pedaqoqun yüksək motivasiyası və məqsədə bağlılığı onun çətin şəraitdə belə uğur qazanmasına imkan yaradıb. 

D.Kərimova internetə çıxış imkanlarının zəif olduğu kənd məktəbində tədris prosesində effektiv təlim metodlarını tətbiq etmək üçün fərdi resurslardan istifadə edir. Şagirdlərinin dinləmə və danışıq bacarıqlarını inkişaf etdirmək üçün telefonuna yüklədiyi audio və videomateriallardan istifadə şagirdlərinin motivasiyasını artırmaqla yanaşı, onların ingilis dili üzrə kommunikativ bacarıqlarını təkmilləşdirir.

D.Kərimova dərs prosesində motivasiyaedici və dəstəkverici təlim mühiti yaratmaqla şagirdlərdə özünəinam hissini gücləndirir. O, "şagird heç vaxt səhv cavab verməkdən çəkinməməlidir" fikrini pedaqoji fəaliyyətinin təməl prinsipinə çevirib və şagirdlərin sərbəst düşüncəli, özünüifadə bacarıqlarına malik fərdlər kimi yetişməsinə töhfə verir.

Gənc müəllimin pedaqoji yanaşması inklüziv təhsilin əsas prinsiplərinə uyğun olaraq, fərdi təlim metodlarının tətbiqi üzərində qurulur. Onun beynəlxalq təhsil standartlarına əsaslanan inklüzivlik konsepsiyası hər bir şagirdin unikal potensialını inkişaf etdirməyə xidmət edir. “Təhsili hər kəs üçün əlçatan etmək vacibdir” deyən müəllim inklüziv təhsilin reallaşdırılması üçün müasir kurikulumun tələb etdiyi adaptiv tədris metodlarından geniş istifadə edir.

Müasir təhsildə innovativ yanaşmaların tətbiqi, müəllimlərin davamlı inkişafı və peşəkar hazırlıq səviyyəsinin artırılması ilə sıx bağlıdır. Şimali Karolina Dövlət Universitetində ELT proqramında magistr təhsili almaqla yanaşı, beynəlxalq konfranslarda təqdimatları ilə çıxış edən gənc müəllim dünyanın təhsil sahəsindəki bəzi təcrübələri Azərbaycan təhsil mühitinə gətirməyə çalışır.

Dürdanə Kərimova yalnız bilik verən deyil, həm də gələcək nəsillərin tərbiyəsinə, onların fərdi inkişafına dəyərli töhfə verən bir müəllimdir. O, şagirdlərini hərtərəfli hazırlıqlı, özünüifadə bacarığına malik fərdlər kimi yetişdirmək üçün yorulmadan çalışır. Təhsildə müəllimlərin peşəkarlığının artması və yeni tədris metodlarının tətbiqi şagirdlərə olan yanaşmada əsaslı dəyişikliklər yaradır. D.Kərimovanın gördüyü işlər Azərbaycanın təhsil sistemində müasir təhsil yanaşmasının və kurikulumun əsas prinsiplərinin reallaşdırılması istiqamətində əhəmiyyətli addımlardır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri