Icma.az
close
up
RU
Əlcəzairdə gələn tədris ilindən universitetlərdə ingilis dili fransız dilini əvəz edəcək

Əlcəzairdə gələn tədris ilindən universitetlərdə ingilis dili fransız dilini əvəz edəcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 7 aprel, AZƏRTAC

Əlcəzairdə 2025-2026-cı tədris ilinin əvvəlindən universitetdə fransız dilini ingilis dili əvəz edəcək.

AZƏRTAC xəbər verir ki, Əlcəzairin Ali Təhsil Nazirliyi fransız dili əvəzinə ingilis dilində tədrisin ümumiləşdirilməsi istiqamətində yeni addım atıb. Martın sonunda universitetlərin rektorlarına, tibb və əczaçılıq fakültələrinin dekanlarına ünvanladığı notada Əlcəzair Ali Təhsil Nazirliyinin Təhsil və Təlim Baş İdarəsi onları ingilis dilində tədrisə keçidi təmin etmək üçün bütün lazımi tədbirləri görməyə dəvət edib.

İngilis dilinə keçid təlim keçmiş və bu dildə B2 və ya C1 səviyyəsinə yiyələnmiş müəllimlərin sayından asılı olaraq proqressiv yanaşma əsasında həyata keçirilməlidir.

Xatırladaq ki, ölkə müstəqillik əldə etdikdən sonra tibb tədrisi yalnız fransız dilində aparılıb. Yeni tədris ili üçün tibb elmləri (tibb, stomatoloji cərrahiyyə və əczaçılıq) üzrə tədris proqramları nəzərdə tutulmuş bütün təhsil meyarlarını əhatə etməlidir. Eyni zamanda, fakültə rəhbərlərinə bütün tədris modullarını əhatə etmək üçün təlimin monitorinqini aparmaq tapşırılıb.

Nazirlik, həmçinin rektorlara və dekanlara aprelin 17-dən gec olmayaraq görülən tədbirlər barədə hesabatlar tərtib etməyi və nəzarət orqanına məlumat verməyi tapşırıb.

Əlcəzair ibtidai təhsildə ingilis dilinin ikinci xarici dil kimi tədrisini tətbiq etmək qərarına gəlib. Məqsəd Əlcəzair məktəblərinin dünyaya açılmasına imkan yaratmaqdır. Bu tədbir Fransa hakimiyyəti tərəfindən şübhə ilə qarşılanır. Fransanın daxili işlər naziri Bruno Retaillo son bəyanatında Əlcəzairin ingilis dilinin tədrisini ümumiləşdirmək istəyini Fransaya qarşı düşmənçilik aktı kimi təqdim etməkdən çəkinmədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri